Ağasıyevlər ailəsinin “Doktorskaya” və “Lyubitelskaya” kolbasa biznesləri

Date:

Paylaş:

Əvvəllər heyvandarlıqla məşğul olmuşuq. Sonra kolbasa istehsal etmək qərarına gəldik. Amma bunun üçün lazımi avadanlıqları, istehsala icazə sənədlərini haradan alacağımızı bilmirdik. Bizə ABAD-a müraciət etmək tövsiyə olundu. Təklifimiz müsbət qarşılandı və artıq öz brendimizlə dadlı kolbasalar istehsal edirik.

Bizplus.az xəbər verir ki, bunu Quba “ABAD Factory” İstehsalat Kompleksində “Doktorskaya” və “Lyubitelskaya” kolbasaları hazırlayan Xumar Ağasıyeva söyləyib.

Artıq bir ildir kolbasa istehsalı ilə məşğul olan Ağasıyevlər ailəsi lazım olan müasir avadanlıqla tam təmin olunub. “ABAD”çı ailə, dadlı məhsul istehsalı üçün yüksəkkeyfiyyətli ətdən və digər ərzaqlardan istifadə edir.

Qeyd edək ki, stehsal prosesi sifariş əsasında aparılır. Ailə gün ərzində 100 kiloqramadək kolbasa hazırlaya bilir. Sifariş əsasında istehsal olunan kolbasalar “ABAD” bakaleyalarında və paytaxtın bir çox marketlərində satılır.

Xumar Ağasıyeva deyib ki, 8 çeşiddə məhsul hazırlayıb satış mərkəzlərinə göndərə bilir. “Bizdə yüksək keyfiyyətli, əlavə qatqılarsız kolbasa istehsal olunur. Müasir sobalarımız və digər istehsal avadanlıqlarımız var. Kolbasalar bişirildikdən sonra soyudulur və etiketlənir. Alıcılarımız kolbasaların dadından razılıqlarını bildirirlər”, – deyə, “ABAD”çı söyləyib.

Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı 2018-ci ilin oktyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilib.

Quba Regional “ABAD” mərkəzinin direktoru Elxan Nağıyev deyib ki, müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Buraya quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.

“Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailə fəaliyyət göstərir. Bizə qoşulmaq istəyən ailələr saytımız vasitəsilə müraciət edə bilərlər”, – deyə, Elxan Nağıyev bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...