“Adidas” yeni addım atmağa hazırlaşır

Date:

Paylaş:

“Adidas” kompaniyası özünün inkişaf strategiyasına yenidən baxır. İdman geyimlərinin istehsalçısı “Adidas” agentliklərlə əməkdaşlıq əlaqələrini dəyişdirəcək və marketinq strategiyasına fokuslancaq. “Adidas”ın rəhbərliyi in-house media istiqamətini və brendin uzunmüddətli inkişafına sərmayə qoymağı istəyir.

Bu haqda Marketing Week-ə müsahibəsində “Adidas”ın qlobal marketinq direktoru Saymon Pil deyib.

Top-menecerin sözlərinə görə, “Adidas” səhmdarlara rüblük haqq-hesabı vermək ehtiyacına görə təzyiq hiss edir, buna görə şirkətin xərclərinin əsas hissəsi qısamüddətli perspektivdə satışların artımına gedir.

Pil qeyd edib ki, kompaniya iş modelini 60:40-a dəyişdirməyi planlaşdırır. Burada 60 brendin inkişafı, 40 isə satışların stimullaşdırılmasıdır.

Əgər 5 il bundan əvvəl korporasiyanın medialışlardan məsul ola komandası var idisə, Pilin sözlərinə görə, indi “Adidas” media işləri ilə məşğul olan in-house istiqamətini yaratmağı düşünür. Belə ki, kompaniyanın planlarına görə, onlar agentliklər ilə əməkdaşlıq məsələsini dəyişdirmək niyyətindədir. Agentlik şirkətin yalnız kampaniyaların həyata keçirilməsinə, brendin özü isə media strategiyanı, reklam və marketinq texnologiyalarının tətbiqindən məsul olacaq.

“Kompaniyanın sözsüz ki, dəyişmək istədiyi əsas məsələ marketinq strategiyasına daha çox diqqət ayırmaqdır. Biz daha çox cəlbediciliyə yönəldik bu isə dijital istiqamətə təsir edirdi”, – deyə top-menecer deyib.

Qeyd edək ki, “Adidas” marketinq və reklam işlərini görmək üçün in-house yaradan birinci marka deyil. Bundan öncə isə FMCG nəhəngi “Unilever”də kontent və dijital inkişafdan məsul olan iki şəxsi studiyasını yaratmışdı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...