Məşhur “TikTok”un sahibi smartfon yaratmaq qərarına gəlib

Date:

Paylaş:

    Məşhur TikTok sosial şəbəkəsinin sahibi Çinin ByteDance şirkəti smartfon yaratmaq qərarını verib. Bu barədə Financial Times saytına istinadən Macdigger saytı xəbər verib. Smartfon istehsalı qərarını ByteDance şirkətinin təsisçisi Zhang Yiming verib. Daha öncə şirkət Çinin Smartisan adlı cihaz istehsalçısından bir sıra patentləri əldə etmiş və həmin şirkətin bəzi mütəxəssislərini özünə cəlb etmişdi.

    Financial Times saytının apardığı sorğuda iştirak etmiş mütəxəssislər ByteDance şirkətinin bu ideyasına skeptik yanaşırlar. Belə ki, vaxtı ikən Facebook ilə Amazon şirkətlərinin bu cür layihələri uğursuz olmuşdu. Bununla yanaşı ByteDance şirkəti smartfon istehsalında təcrübəyə və qaydaya salınmış satış kanallarına sahib deyil. Qeyd etmək lazımdır ki, ByteDance şirkətinin bazar dəyəri 75 milyard dollar qiymətində dəyərləndirilir. Bu isə onu dünyanın ən bahalı startaplarından biri edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...