Norveçin “Adevinta” şirkəti çərşənbə axşamı ( 9 aprel,2019 ) uzunmüddətli, xalqa ilk müraciət (İPO) aksiyalarına yekun vurub.
Bu 2006-cı ildən bəri Şimalı Avropada ən irimiqyaslı İPO olub və böyüklüyünə görə yalnız keçmiş” Equinor”, “Telenor” və “REC Silicon” siyahılarını keçərək dünyada dördüncü olub.” Adevinta” (“Schibsted”media-şirkətinin bölməsi ) Avropada, Cənubi Amerikada və Şimali Afrikada birləşmələr və satınalmalara yönəldilib. Bunu yeni qurulan şirkətin baş direktoru keçən ilin sonunda Reuters-ə bildirib.
Şirkətin bölməsi səhmdarların “Adevinta” aktivlərini qiymətləndirməsini asanlaşdırır və bunu, onları Britaniyanın “Autotrader” və “Rightmove”, Avstraliyanın “REA Group” və Yeni Zellandiyanın “TradeMe” kimi siyahıda olan analoqları ilə müqayisə edərək həyata keçirir.
Şirkətin məlumatına görə, “Adevinta”-nın “B” aksiyaları hər biri yerləşdirmə sırasında 78 krona satılıb, başlanğıc diapazonun yuxarı yarımhissəsində aprelin 1-də təyin olunmuş 72-82 kron olub.
Reuters-in “Schibsted”-dən aldığı məlumata görə, “A” sinfindən olan aksiyaların İPO-da satılmamasına baxmayaraq, potensial olaraq Adevinta-ya 55 milyard kron ( 6,5 milyard dollar ) məbləğində ümumi hərrac dəyəri verib.
Yeni şirkət nəticə olaraq iki sinif aksiyanı birləşdirməyi düşünür. “Schibsted” və onun əsas sahibi “Blommenholm İndustrier” –lə siyahıdan sonra “Adevinta” aksiyalarına nəzarət paketi saxlanılır.
Əsas funksionallıqla ( Avito.ru kimi onlayn sahələr ) qəzetlər buraxaraq, “Schibsted” 22 ölkədə sürətlə inkişaf edən veb-saytlar və tətbiqi proqramlar yaradıb və bununla da xüsusi və peşəkar istifadəçilər üçün istədikləri hər şeyi reklam etmək imkanı yaranıb: istifadə olunan əşyalardan tutmuş avtomobillərə, evlərə və iş axtarmaya kimi hər şey.
Adevinta-nın brendləri sırasında bunladır: Fransanın “Leboncoin”, Braziliyanın “OLX”və Britaniyanın “Shpock”. “Schibsted” Şimal ərazidə öz aktivlərini qəzetlər və reklam sahələri ( Avito.ru daxil olmaqla) şəklində qoruyub saxlayacaq.
Facebook Marketplace-in 2016-cı ildə buraxılması “Schibsted”-in aksiya qiymətini zəiflədib, lakin sonralar aksiyanın qiyməti yenidən əvvəlki səviyyəyə çatib və bu da Facebook, Amazon, və Google Alphabet kimi qlobal şəbəkələrin hələ də şirkətə az təsir etdiklərinin göstəricisidir.