Samsung şirkəti Galaxy A20e smartfonunu təqdim edib

Date:

Paylaş:

  Samsung şirkəti özünün Galaxy A seriyasını daha bir smartfon modeli ilə genişləndirib. Belə ki, şirkət bir ay bundan öncə təqdim olunmuş Galaxy A20 modelinin daha kompakt versiyası olan Galaxy A20e smartfonunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib.

    Xarici görünüşcə Galaxy A20e modeli adi Galaxy A20 ilə oxşardır. Belə ki, Galaxy A20e də üzərində damcı formalı çıxıntı hissəyə sahib Infinity-V ekran ilə təchiz olunub. Lakin Galaxy A20-dən fərqli olaraq yeni smartfonun ekranı bir qədər balacadır. Galaxy A20 1560×720 piksel keyfiyyətli 5.8 düym LCD ekrana sahibdir. Bu, Galaxy A seriyasının ən kompakt smartfon modelidir.

    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Exynos 7884 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP (f/1.9 diafraqmalı) + 5 MP (f/2.4 diafraqmalı genişbucaqlı modul) ikili arxa kamera, 8 MP-lik ön kamera və 15 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy A20e modelinin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində şirkət heç bir məlumat verməyib. Lakin dəqiq olan odur ki, o, 217$-dan ucuz qiymətə satılacaq. Belə ki, adi Galaxy A20 modeli məhz 217$-a satılır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...