Azərbaycan biznesmenlərindən ibarət nümayəndə heyəti Rusiyanın Çelyabinsk şəhərində səfərdədir.
Bizplus.az xəbər verir ki, səfərin təşkilatçısı “Biznes Sahəsi” İxraca Dəstək Mərkəzidir.
Mərkəzin rəhbəri Yuliya Barışevanın sözlərinə görə, azərbaycanlı iş adamlarını Çelyabinskdə daha çox metal qurğular maraqlandırıb.
Əldə olunan razılaşmaya əsasən, Çelyabinsk Maşınqayırma Zavodu Azərbaycana qazma qurğuları tədarük edəcək. Azərbaycanlı iş adamları təkcə məhsul tədarükünü yox, həm də Cənubi Ural məhsullarının Yaxın Şərqə ixracını təklif ediblər.
Qeyd edək ki, biznes-missiyanın Çelyabonskə səfəri dekabrın 12-13-də reallaşdırılıb.