“Microsoft” şirkəti yeni nəsil “Xbox Series X” oyun konsolunu təqdim edib

Date:

Paylaş:

“Microsoft” şirkəti 2020-ci ilin sonlarında satışa çıxarılacaq yeni nəsil “Xbox Series X” oyun konsolunun təqdimatını edib.

“Xbox”un rəsmi “YouTube” kanalında konsolun dizaynının göründüyü video yayımlanıb.

“Xbox”un rəhbəri Fil Spenser şirkətin bloqunda qeyd edib ki, qala şəklində hazırlanmış konsol həm şaquli, həm də üfüqi olaraq istifadə edilə biləcək şəkildə hazırlanıb. Spenserin sözlərinə görə, konsolun dizaynı mərkəzi prosessorun “Xbox One X”dakından dörd dəfə daha sürətli işləməsinə imkan verir.

“The Verge” qeyd edir ki, “Xbox One X”in əsasını “AMD Zen 2” prosessoru və “Radeon RDNA” qrafik memarlığı təşkil edir. Bundan əlavə, yükləmə vaxtını sürətləndirmək üçün “NVMe SSD” drayverindən istifadə ediləcək. Yeni konsol 8K-nı dəstəkləyəcək və saniyədə 120 kadr tezliyə malik olacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...