Amerikalı iş adamı, “Berkshire Hathaway” şirkətinin sahibi Uorren Baffet gün ərzində 4.3 milyard dollar itirib. Buna səbəb onun ən böyük səhmdarlarından olan “Kraft Heinz” şirkətinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən dividendlərin araşdırılması xəbəri fonunda onun dividendlərinin azaldılması olub.
Belə ki, “Kraft Heinz” konserninin səhmləri ticarət sessiyasında 27%-dən aşağı düşərək hər səhminə 34,95 dollar düşüb. 2018-ci ildə “Kraft Heinz”in 325 milyon dollar (26.7 %) səhminə malik olan “Berkshire Hathaway” bununla bir günə 4, 31 milyard dollar itirib.
“Kraft Heinz” “Apple, “Coca-Cola” və bir neçə bankdan sonra həcminə görə “Berkshire”nin altıncı holdinqi hesab olunur.
Qeyd edək ki, 88 yaşlı U. Baffet 84,7 milyard dollar sərvətə sahibdir.\“Qafqazinfo”