Acura yeni “bərkgedən” sedan hazırlayıb

Date:

Paylaş:

Acura şirkəti Kaliforniyada keçiriləcək Pebble Beach Concours d’Elegance zəriflik müsabiqəsində seriya istehsalına hazır olan “bərkgedən” sedanın prototipini nümayiş etdirəcəkdir. Bundan başqa, premium markanın model xəttinə ZDX krossoveri qayıdacaqdır.

Yeni sedanın dizaynı 2016-cı ildə nümayiş etdirilmiş Precision konsepti ilə bənzərlik daşıyacaqdır. Acura həmin konsept vasitəsi ilə Precision Crafted Performance firma üslubunu nümayiş etdirib. Sonradan, 2018-ci ildə bu üslub Acura RDX seriya krossoverində tətbiq edilib. Böyük ehtimalla, yeni modelin buraxılması ilə bərabər, Legend adı da model xəttinə geri qaytarılsın. Lakin, bu məsələ hələlik rəsmi təsdiqini tapmayıb.

Yeni “bərkgedən” sedanla yanaşı,  bu ilin sonunda və ya gələn ilin əvvəlində Acura TLX və MDX modellərinin yeni nəslini də nümayiş etdirəcəkdir. İlkin məlumata görə, Acura TLX sedanı altı silindrli tvin-turbo mühərriki olan Type S modifikasiyasına sahib olacaqdır. Marka rəhbərliyinin 2013-cü ildə istehsalına son verilmiş ZDX kross-kupesinin də model cərgəsinə qaytarılması məsələsinə baxılır. /autograph.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...