Əsas səhifə Məqalələr Fərdi inkişaf ABŞ-ın uğurlu iş adamı olan Gary Vaynerchuk’dan 25 düşündürücü fikir!

ABŞ-ın uğurlu iş adamı olan Gary Vaynerchuk’dan 25 düşündürücü fikir!

877
Paylaş

Dörd dəfə Nyu York Times-ın ən çox satan yazıçısı olmuş, biznesmen, spiker,  indi isə rəqəmsal dünyanın ən yaxşı iş adamlarından biri olan Gary Vaynerchuk Wine Library ve Vayner Medya’nın yaradıcısıdır. Gary Vaynerchuk  eyni zamanda Youtube kanalı və Facebook vasitəsilə ilə insanlara məsləhət verir.

Banco.az komandası bu gün həyatınızda da istifadə edə biləcəyiniz onun 25 maraqlı məsləhətini sizlərə təqdim edir.

1) Sizin qərarlarınız gələcək sərvətinizi müəyyən edəcək.

2) Gələcəkdəki sərvətin indiki pulundan daha dəyərlidir.

3) Güzgüdə özünə bax və sual ver, həyatında bundan sonra nə etmək istəyirsən? Və onu et.

4) Həvəsi ölçə biləcək bir dəyər yoxdur.

5) Mübarizə etməzsən bacarığın səni ancaq hazırki vəziyyətə gətirə biləcək.

6) Məni xoşbəxt edən etmək istədiklərimi etməyimdir.

7) İnsanlar xoşbəxtliyin deyil, pulun arxasınca qaçırlar. Pulun arxasınaca qaçarsan itirərsən, sadəcə qabağa gedərsən. Pul qazanmazsan da xoşbəxt ola bilməzsən.

8) Bütün fikirlərin yaxşı ola bilər amma onlardan istifadə etməyin üçün zəhmət çəkməlisən.

9) Zırıldamağı dayandır, qaç!

10) 9 yaşında da , 90 yaşında da olsan pis olduğun şeyləri düzəltmə yaxşı etdiyin hadisələrə köklən.

11) Özün olduğun kimi davran, bir şeyləri Stiv Cobs və ya Mark Cuban etdiyi üçün etmə. Öz markanı yarat!

12) Xəyal etmək asandır, xəyalı gerçəkləşdirmək isə həmişə çətindir.

13) Pis başlanğıc etmədiyin müddətcə işə başlamaq üçün heç vaxt pis bir zaman yoxdur.

14) Həftə sonu və tətillər üçün yaşayırsansa etdiklərin işə yaramayacaq.

15) Bir pinqvin zürafə ola bilməz, ona görə ola bildiyin ən böyük pinqvin ol.

16) Nə edirsən et, xəyalını et.

17) Yetərincə səbirli deyilsən, səbirsizliyin və nəsə bir şeyə ehtiyac duymaq istəyin səni öldürəcək.

18) Səy göstərmək sadə görüləcək bir şey deyil.

19) Dünyaya gələndə maşın sürməyi bilmirdin, sonradan öyrəndin.

20) Bizə yaşamaq üçün bir həyat verilib, ona görə də bir şansımız var.

21) Zaman heç birimizin daha çoxunu almayacağımız yeganə varlıqdır.

22) Hər zaman iləriyə baxaram, geriyə baxmaq üçün çox az zaman xərcləyərəm.

23) Ailəni çox sev, çox çalış, həvəsli olş

24) Artıq kim olduğunla nə etdiyin arasında bir fərq olmamalıdır.

25) Açıq təbiətli biri olduğum və ya zirvədə qaldığım üçün çoxluğu sevmirəm, sadəcə buna əhəmiyyət verirəm.

Xəzər Aslanov. Banco.az