ABŞ-ın məşhur banknı “Citibank” Anonim Şirkətinin Azərbaycandakı nümayəndəliyi, sənədlərinin itməsi ilə bağlı yaydığı xəbərin ardından ölkədəki nümayəndəliyinin ləğv olunduğunu açıqladı, bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.
Xatırladaq ki, ötən həftə “Citibank” ona məxsus sənədlərin itməsi səbəbindən elan vermişdi və sənədlərin etibarsız olduğunu KİV-ə yayımlamışdı.