ABŞ-ın kredit bürosu şirkəti 700 milyon dollar cərimə və təzminat ödəyəcək

Date:

Paylaş:

ABŞ-ın kredit bürosu şirkəti “Equifax”, 2017-ci ildə baş verən kiber hücumda təxminən 150 milyon müştərisinin şəxsi məlumatlarının kənara sızması səbəbilə 700 milyon dollar cərimə  və təzminat ödəyəcək.

ABŞ Federal Ticarət Komissiyasından (FTC) bildiriblər ki, “Equifax” federal və ştat tənzimləyiciləri ilə razılığa gəlib.

Razılaşmaya görə, “Equifax”, kiber hücumdan əziyyət çəkən təxminən 150 milyon müştərisinin zərərini kompensasiya üçün 425 milyon dollara qədər təzminat ödəməyi qəbul edib.

Həmçinin “Equifax” şirkəti 48 ştat, Vaşinqton, Porto Riko və İstehlakçıların Maliyyə Hüquqlarının Mühafizəsi İdarəsinə mülki cərimələr və digər təzminatlarla birlikdə 275 milyon dollar da ödəyəcək.

ABŞ tarixinin ən böyük kiber hücumu

“Equifax”ın şəxsi məlumatları qorumaq üçün “məqbul fiziki, texniki və prosedual mühafizə tədbirləri gördüyünü” iddia etməsinə baxmayaraq, FTC, istehlakçıların şəxsi məlumatlarını olduğu kimi qoruyub saxlamadığını bildirirdi.

ABŞ-ın 3 böyük kredit bürosu şirkətindən biri olan “Equifax” 2017-ci ilin Sentyabr ayında verdiyi açıqlamada, həmin ilin may-iyul dövründə baş vermiş kiber hücumda təxminən 150 milyon istifadəçisinin məlumatlarının kənara sızdığını bildirmişdi.

Ölkə əhalisinin təxminən yarısına təsir edən ABŞ tarixinin ən böyük kiber hücumunda, xaricə sızan məlumatlar arasında müştərilərin adları, sosial müdafiə nömrələri, doğum tarixləri və sürücü sənədlərinin olduğu qeyd edilmişdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...