Əsas səhifə Biznes sahələri Texnologiya Microsoft “OpenAl”a 1 milyard dollar yatırım edir

Microsoft “OpenAl”a 1 milyard dollar yatırım edir

93
Paylaş
Microsoft
Microsoft

Şirkətlər Microsoft Azure bulud platforması əsaslı texnologiyanı inkişaf etdirəcəklər.

Microsoft bildirib ki, şirkət OpenAl  süni zəkanın inkişafı təşkilatına 1 milyard dollar yatırım etməyi planlaşdırır. Bu barədə VentureBeat yazır.

Şirkətlər tərəfdaşlıq imzalamaq qərarına gəliblər. Əməliyyatın şərtlərinə görə korporasiya OpenAl texnologiyaları əsasında məhsullar sata biləcək, təşkilat isə özünün süni zəka modellərinin sınağı üçün  Azure buludundan istifadə edəcək.

OpenAl həmtəsisçisi Greg Brockman deyib ki, şirkətlərə bu tərəfdaşlıq həm də hesablanmış güclərin çatışmazlığı üçün lazımdır. Şirkətdən verilən məlumata görə, 2012-2018-ci illərdə süni zəka modellərinin buraxılışı üçün lazım olan hesablama miqdarı 300 min dəfədən çox artıb.

2018-ci ildə OpenAl-ın bütün xərclərinin dörddə biri bulud hesablamasına gəlib, Reuters yazır. 2107-ci ildə şirkət buna 7,8 milyon dollar xərcləyib.