Əsas səhifə Biznes Milyarder Abramoviç hakim qarşısına çıxacaq

Abramoviç hakim qarşısına çıxacaq

697
Paylaş

Rusiyalı biznesmen Roman Abramoviç Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) olan borcu səbəbindən İsveçdə hakim qarşısına çıxacaq.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, borcun həcmi faiz və xərclər səbəbindən 46 milyon dollara çatıb.

Əvvəlcə bank Abramoviçdən 17,5 milyon dollar almağı tələb edirdi.

AYİB Roman Abramoviçin və Yevgeni Şvidlerin rəhbəri olduğu “Runicom SA” şirkətini 2015-ci ilin əvvəlində məhkəməyə verib. Şirkət isə bankın borcunun 1998-ci ildə ödənildiyini bildirib.