Milyarder Roman Abramoviç Chelsea klubunu 3 mlrd. funta satmağa hazırlaşır. Bu haqqda məlumatı Bloomberg agentliyi yayıb.
Abramoviçin klubu satmağa məcbur olduğu bildirilir. Bu əsasən ABŞ-ın sanksiyaları ilə əlaqədardır. Bununla yanaşı, bu il onun Britaniya vizasının artırılması ilə bağlıda problemləri çıxmışdır. Milyarder bir dəfə klubun satılması ilə bağlı olan 2.3 mlrd. funtluq təklifi rədd etmişdir.
Milyarder klubu 2003-cü ildə 140 mln. funt sterlinqə almışdır. Abramoviç klubu alandan sonra o 5 dəfə İngiltərə çempionatının qalibi olmuşdur. Lakin buna baxmayaraq,klub yalnız 2014-cü ildə mənfəətlə işləmişdir.