Azərbaycanda yarım milyonluq film kimi CİNAYƏT

Date:

Paylaş:

İçində yarım milyon manatın olduğu seyfi yarsa da, bu, oğrunun köməyinə gəlməyib. Söhbət “Sumqayıt Texnologiyalar Parkı” ASC-nin seyfindən oğurlanan pullardan gedir.

Sumqayıtın hüquq-mühafizə orqanlarından sputnik.az-a verilən məlumata görə, Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları “isti izlər”lə 450 min manatlıq oğurluğun üstünü açıblar.

Məlum olduğu kimi sentyabrın 23-də “Sumqayıt Texnologiyalar Parkı” ASC-nin hüquq departamentinin direktoru, Bakıda yaşayan Cabbarlı Polad Arif oğlunun kabinetindən külli miqdarda pul oğurlanıb. Həmin pulun saxlanıldığı seyf yarılıb.

İlkin araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, oğurluqda Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Nəbiyev Rauf Yavər oğlu iştirak edib. Nəbiyev sözügedən müəssisənin mühafizə xidmətində növbə rəisi işləyib.

Oğru “qara bazar”dakı valyuta alverçilərinin köməyi ilə oğurlanmış manatı dollara çevirəndən dərhal sonra “28 Mall” Ticarət Mərkəzində saxlanılıb. Puldan cəmi 30 min manat kəsir olub. Saxlanılan şəxs sonradan etiraf edib ki, həmin vəsaiti özünün bank kreditlərinin bağlanmasına xərcləyib.

O da məlum olub ki, Nəbiyev oğurluğa hazırlaşarkən özünə aviabilet də sifariş edib. Pulu dəyişəndən dərhal sonra kişi Azərbaycan sərhədlərini tərk edəcəkmiş. Lakin Sumqayıt polisinin operativ qrupu onun bu addımı atmasına mane olub.

Qeyd edək ki, Nəbiyev seyfi dəmir lingin (lomun) koməyi ilə qırıb. Hazırda oğurluq faktı ilə bağlı AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb.

baku.ws

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...