“Çəhrayı əhd” 32 mln. dollara satıldı

0
785

Honkonqun Christie’s hərracında 14,93 karatlıq “Çəhrayı əhd” brilliantı 31,8 milyon dollara satılıb. Beləliklə, hər karata görə 2,13 milyon dollar ödənilib.

Oxu.Az-ın məlumatına görə, mütəxəssislərin “çəhrayı brilliantlar dünyasının Pikassosu” adlandırdığı brilliant Stiven Silver adlı zərgərə məxsus olub.

Daş oval formaya malikdir. O, platin üzüyə yerləşdirilib və haşiyə boyunca xırda brilliantlar düzülüb. “Çəhrayı əhd”in yeni sahibinin adı açıqlanmır.