Rəqəmsal reklam bazarı 420 milyard dollara çatacaq

Date:

Paylaş:

“Juniper Research” şirkətinin analitikləri təxmin edirlər ki, yaxın 5 il ərzində rəqəmsal reklam bazarı ildə 18 faiz artacaq.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bu il qeyd edilən bazarın 184 milyard dollar olacağı proqnozlaşdırılır.

Əgər inkişafın qiymətləndirilməsi düzgün olarsa, 2022-ci ildə rəqəmsal reklamın satışı 420 milyard dollar olacaq. Bu məbləğ daşınar, mobil və masaüstü sistemlərin reklamları özündə birləşdirir, həmçinin yaşayış evlərindən kənar reklam displeylərini əks etdirir.

Analitiklər hesab edirlər ki, rəqəmsal reklam bazarının artımını hətta blokedici proqramlar da dayandıra bilməyəcək, baxmayaraq ki, onların təsiri hiss olunacaq dərəcədə olacaq. 2022-ci ildə onlar onlayn reklamın cəmi 10 faizini ələkdən keçirəcəklər. Eyni zamanda süni intellekt texnologiyaları sayəsində reklam daha da məqsədyönlü olacaq və bezdirici olmayacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...