Əsas səhifə Biznes sahələri Kriptovalyuta Varlıların “Bitcoin” anbarı tapıldı!

Varlıların “Bitcoin” anbarı tapıldı!

645
Paylaş

“Xapo” adlı şirkət İsveçrə dağlarında qədim bir hərbi sığınacağı dünyanın ən böyük və ən etibarlı kripto valyuta bankına çevrib.

“Marja”xəbər verir ki, “Xapo”nun banisi argentinalı sahibkar Wences Cesares, “Bitcoinin  Silikon Vadisində yayılmasında mühüm rol oynamışdı. Belə ki, Bill Gates və Reid Hoffman kimi məşhur adlara ilk “Bitcoin”ləri şəxsən vermişdi.

Müştərilərinin milyonlarla dollar dəyərindəki virtual pullarını mühafizə edən “Xapo”, bunun üçün qranit dağın içərisinə oyulmuş köhnə hərbi sığınacağı istifadə edir.

“Bitcoin” bankının yeri təhlükəsizlik səbəbilə açıqlanmır, içərisində nə qədər kriptovalyuta olduğu da bildirilmir.

Bankın içərisində həqiqət “Bitcoin”lər yoxdur. Buranı bank edən şey, sığınacaqda Bitcoin”ləri qoruyan xüsusi və şifrlənmiş serverlərin saxlanmasıdır.

Kiber “quldurlar” ən yaxşı qorunan hesablardan belə “Bitcoin” oğurlamağı bacarırlar. Buna görə, “Xapo”  kripto valyutaları qorumaq üçün ənənəvi bank üsullarından istifadə etmir.

“Xapo” bütün müştərilərinə xüsusi bir açar verir və bu açar sayəsində hesaba çıxış əldə olunur. Əgər bir müştəri açarını itirərsə, yaranacaq zərərlərə görə məsuliyyət daşıyır.

1947-ci ildə yaradılan hərbi sığınacaq, Soyuq Müharibə vaxtı İsveçrə ordusunun gizli mərkəzi bazası kimi istifadə edilib. Bu günlərdə isə “Deltalis” adlı şirkət tərəfindən “Xapo” üçün idarə edilir.

930 kvadratmetrlik nəhəng bir məlumat mərkəzinə çevrilən sığınacaq, 90 kilo ağırlığındakı yüksək müdafiəli qapılar və elektron təhlükəsizlik sistemləri ilə təchiz edilib.

“Xapo”nun təhlükəsizlik şefi Karlos Rienzi, mərkəzin kiber hücumlar qədər terror hücumlarına qarşı da yaxşı qorunduğunu bildirir.