Mübariz Mənsimovun 2 milyard ABŞ dolları tələb etdiyi məhkəmə çəkişməsi ilə bağlı iddia ərizəsinin təfərrüatı üzə çıxıb.
“Palmali Shipping” şirkətindən “Ölkə.Az” saytına verilən məlumatda qeyd edilir ki, iddia ərizəsi ilə İngiltərənin Ali Məhkəməsinə müraciət edilib:
“Litasco” şirkətinin vəkilləri “Debevoise & Plimpton” vasitəsilə “Palmali Shipping” ilə olan müqavilədən irəli gələn şərtləri pozduğu üçün 2 milyard dollara yaxın və üstəgəl faiz və digər xərcləri əhatə edən iddia ərizəsi ilə “Palmali Shipping” şirkəti İngiltərə Ali Məhkəməsinə müraciət edib.
Həmin iddia ərizəsində şirkətlər arasındakı imzalanmış uzunmüddətli müqavilənin şərtlərində qeyd edilmiş miqdarda yüklə təmin edilməməsi şirkət tərəfindən iddia edilir”.
Qeyd edək ki, “Litasco” şirkəti Azərbaycanlı digər milyonçu Vahid Ələkbərova məxsusdur.