Fici arxipelaqının adalarının birində həftəsi 15 min dollara başa gələn otel nömrəsi var.
“Poseydon” adlanan və 73 nömrədən ibarət otel suyun altında tikilib. Oteldə quraşdırılan xüsusi sistem suyun təzyiqini normallaşdırmaqla, sakinlərin baş ağrılarını aradan qaldırır.
Buradan həmçinin dəniz heyvanlarının həyatını da izləmək mümkündür. Qonaqların xidmətində trenajor, bir neçə restoran, hətta ekzotik bir məkanda nigaha girmək istəyənlər üçün otaq da fəaliyyət göstərir.
© Azərtac