Əsas səhifə Biznes “Balxurma” 12 milyon investisiya cəlb edib, Avropa və ərəb ölkələrinə çıxacaq

“Balxurma” 12 milyon investisiya cəlb edib, Avropa və ərəb ölkələrinə çıxacaq

2119
Paylaş
balxurma

“Balxurma” müəssisəsi “ABAD” layihəsi çərçivəsində yaradılıb.

balxurma

Katex kəndində yerləşən “Balxurma” bir sıra gələcək planları var.

“Marja” xəbə verir ki, “Balxurma” müəssisəsinin işçilərinin sayı 15 nəfərdən 85 nəfərə çatdırılacaq. İlkin 5 milyon manat kapital qoyulan müəssisəyə əlavə olaraq 12 milyon manat investisiya cəlb ediləcək. Məhsul daxili bazardan əlavə MDB, Avropa və ərəb ölkələrinə ixrac olunacaq. “Balxurma” müəssisəsinin gələcək planlarına yeni korpusların tikintisi, gündəlik istehsal sayının 45 min ədəd xurmadan 150 min ədəd xurmaya, iş yerlərinin sayının isə 200 nəfərə çatdırılması daxildir.

Balxurma” müəssisəsi 2016-cı ildən fəaliyyətə başlamışdır. Quru və yarım-quru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunmuş, nəzdində yuyulma, soyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən, müasir standartlara cavab verən müəssisədir.

balxurma

“Balxurma” müəssisəsində istehsal üçün meyvələr Balakən rayonunun sakinlərinin şəxsi xurma sahələrindən yığılır və ciddi keyfiyyət nəzarəti keçir. Keyfiyyət nəzarəti keçən xurma istehsalata daxil olduqda müasir avtomatlaşdırılmış avadanlıq meyvələrin bütün xeyirli maddələrini qoruyub saxlamağa və 100 % bioloji təhlükəsizlik təmin etməyə imkan verir. Tam qiqiyenik şəraitdə, istehsal prosesinin aparıldığı şirkətimizdə emal müəssisəsinə gətirilmiş xurma əvvəlcə çeşidlənir, zədələnmiş, yetişməmiş və yetişmə müddəti ötmüş meyvələrdən təmizlənərək təmiz suda yuyulur. Yuyulmuş və təmizlənmiş xurmaların suyu xüsusi qurğuda, aşağı temperaturda kənarlaşdırılır, bu da xurmanın qida dəyərini və bütün faydalı keyfiyyətlərini qoruyub saxlamaqla yanaşı, onun təbii rəngini  dəyişmədən qalmasına imkan verir. Xurma məhsulu hazır olduqdan sonra xüsusi qablara yerləşdirilir, soyuducu kamerada – 25oC temperaturda soyudulur. Hazır məhsul satışa göndərilənə qədər xüsusi rejimdə anbarlarda saxlanılır.

“Balxurma”nın faydalı məhsulları qida sənayesinə, iaşə müəssisələrinə müxtəliflik, çay süfrələrinə ləzzət, dostlarınız və yaxınlarınız üçün nəfis tərtibatlı hədiyyə də ola bilər.