ABŞ-ın texnologiya nəhəngi Google-ın baş təşkilatı Alphabet-in xalis mənfəti bu ilin ikinci rübündə azalıb.
“Marja” xəbər verir ki, Şirkətdən verilən məlumata görə, Alphabet-in 2017-ci ilin ikinci rübündəki xalis mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalaraq 3,52 milyard dollar olub. Şirkət, 2016-nın aprel-iyun dövründə 4,88 milyard dollar xalis qazanc açıqlamışdı.
Şirkətin bir səhmə dividendi ötən ilin aprel-iyun dövründə 7 dollar idisə, bu ilin eyni dövründə 5,01 dollara geriləyib.
Ötən ilin ikinci rübündə 21,5 milyard dollar cəmi gəlir əldə edən Alphabet-in bu ilin eyni dövründəki gəliri isə 21 faiz artımla 26 milyard dollara çıxıb.
Alphabet-in ikinci rüb xalis mənfəətində azalması ilə əlaqədar olaraq şirkətin səhmi dəyərdən düşüb.
Nyu-York Birjasının bağlanmasının ardından aparılan məhdud əməliyyatlarda şirkətin səhmləri 3,2% ucuzlaşaraq 966,70 dollara qədər geriləyib.
Digər tərəfdən, açıqlamada, Alphabet-in tərkibində olan Google-ın reklam gəlirlərinin bu ilin ikinci rübündə artdığı bildirilib.
Google-ın reklam gəliri bu ilin aprel-iyun dövründə 18,4 faiz artımla 22,67 milyard dollara yüksəlib. Google ötən ilin eyni dövründə 19,14 milyard dollar reklam gəliri əldə