Türkiyədə milyonlarla vətəndaşın aktiv olaraq istifadə etdiyi bir İntagram səhifəsi 570 min dollara satılıb.
“Class Medya” adlı şirkət, Uğur Poyraz-ın qurduğu Türkiyənin müxtəlif rayonlarındakı dadılmamış ləzzətləri sosial media istifadəçiləri ilə tanış edən “Bugün nereye gitsem” adlı səhifəni satın alıb.
“Bugün nereye gitsem” adlı İnstagram hesabı, indidən çox insan üçün çörək qapısına çevrilib. Şirkət rəsmiləri Fatih Toptaş və Fuad Turgud, sosial medianın günümüzdə əhəmiyyətli bir yeri olduğuna diqqət çəkərək, belə bir sərmayə qoymaq qərarı verdiklərini bildiriblər.
Digər tərəfdən, ləzzətli qida həvəskarlarının tez-tez təqib etdiyi səhifə, etdiyi paylaşımlarla Türkiyənin “ləzzət xəritəsini” formalaşdıracaq.