Dünyanın ən məşhur internet brauzeri olan Google Chrome-da təhlükəsizlik qrupunun başında olan Tabriz digər mühəndislərin əksinə “insanlıq” faktının üzərində işlər görüb. 52 nəfərlik bir qrupa rəhbərlik edənTabriz Chrome daxilində əhəmiyyətli dəyişikliklər edərək internet brauzeri istifadəçi səhvlərindən təmizləyib.
Richard Craib
San -Francisco mərkəzli bir risk fondunun qurucusu olan Richard Craib hissələri idarə edə bilən bir süni zəka sistemi üzərində çalışır.
Kait Schoeck
Bir rəssam olmaq arzusu ilə yola çıxan, lakin sonra Microsoft-da sənaye üzrə dizayner olan Schoeck Microsoft-un ən sevilən təchizat məhsullarından olan Surface ailəsinin dizaynları üzərində çalışır.
Manu Prakash
Prakash Mikroskop texnologiyasını daşına bilər və daha rahat bir texnologiya halına gətirməyi məqsəd qoyub. O, origami bənzəri kağız qatlama texnikalarıyla olduqca az xərcli mikroskoplar hazırlamağı bacarıb.
Jeff Lucas
Jeff Lucas Snap firmasında müdir köməkçisi vəzifəsini boynuna götürür. Sosial media platformasının böyüməsində böyük rolu olan Lucas daha əvvəl Viacom şirkətində çalışıb.
John Brook
25 yaşındakı John Brooks Ricochet sayəsində mesajlaşma tətbiqlərinə yeni bir nəfəs gətirir. Təhlükəsizlik mövzusunu olduqca ciddi qəbul edən Brooks Ricochet ilə anonim bir şəkildə anlıq mesajlaşma imkanı təqdim edir.
Leslie Miley
İş dünyasının məşhur tətbiqlərindən olan Slack-də mühəndis olaraq uzun müddət çalışan Miley 2017-ci ilin əvvəlində də Venture for America şirkətinin qərb bürosunun müdiri olub. Miley texnologiya sayəsində yaradılan zənginliyin böyük əksəriyyətinin Silikon Vadisində olmasının səhv olduğunu düşünür və bunu dəyişdirmək istəyir.
Beth Holmes, Farah Houston ve Michelle Riggen-Ransom
Təqdim edildiyi ilk gündən olduqca müsbət tənqidlər alan şəxsi köməkçi Alexa-nın yaradıcılarından olan Beth Holmes, Farah Houston ve Michelle Riggen-Ransom də süni zəka texnologiyalarının həyatımızı asanlaşdırması üzərinə çalışırlar.
Laura I. Gómez
Məlumatların müxtəlifliyinin inkişaf etdirlə biləcəyinə inanan Laura I. Gómez Atipica statapının qurucusudur. Twitter, YouTube və Google-da çalışmış Gómez, konkret olaraq məlumatların daha yaxşı analiz edilməsi üçün işlər edir.
Steve Lacy
Steve Lacy əslində bir musiqiçidir. Bir çox həmkarının əksinə səs mühəndisləri və bahalı studiyalarda işləməyən Lacy yalnız GarageBand tətbiqini istifadə edərək ilk albomunu meydana gətirib.
Christina Agapakis
Ginkgo Bioworks-in yaradıcı idarəçisi olan Agapakis əslində mikrobiologiya üzərinə işlər də edən bir bioloq olmasına baxmayaraq karyerasında yaradıcı idarəçi olaraq irəliləyir.
Maciej Ceglowski
2015-ci ildə qarşımıza çıxan bookmark platforması olan Pinboard-un qurucusu olan Maciej Ceglowski Silikon Vadisinin əhəmiyyətli adlarındandır.
Connie Chan
Andreessen Horowitz proqram şirkətinin partnyorlarından olan Connie Chan Stanford yüksək lisenziyasına sahib bir mühəndisdir.
James Lu
Siyahıdakı az sayda elm insanından olan James Lu əslən bir Genomik araşdırmaçıdır. Helix şirkətində üst səviyyə idarəçi mövqeyində olan Lu DNA üzərinə işlər edir.
Matt Cutts
Amerikan dövləti adına çalışan Matt Cutts dövlət işi üçün Silikon Vadisində I fəaliyyətinə davam edən nadir insanlardandır.
Gerd Manz
Adidas-ın gələcək komandasının müdir köməkçisi olan Gerd Manz əslində bir sənaye dizaynerdir. Manz 3-D printer və robot texnologiyalar sayəsində istehsal müddətinin olduqca azalacağını düşünür.
Lily Peng
Google Brain-in məhsul müdiri olaraq çalışan Lily Pen süni zəka texnologiyalarının tibb sahəsində istifadə edilməsini üzərində işləyir.
Will Marshall
Planet startapının qurucu ortaqlarından olan və CEO-luk vəzifəsini boynuna götürən Will Marshall peyklər üzərində işlər edir. Olduqca kiçik ölçülərdə peyklər inkişaf etdirən Marshall köhnə bir NASA işçisidir.