Əsas səhifə Biznes sahələri Kriptovalyuta 10 il sonra bitcoin 50 min dollar olacaqmı?

10 il sonra bitcoin 50 min dollar olacaqmı?

1031
Paylaş
bitcoin hesabı açmaq

Son günlərin ən çox danışılan mövzularından biri də Bitcoin-in bahalaşmasıdır. Kripto valyuta artıq 4 min dollar səviyyəsini geridə qoyub.

“Marja” xəbər verir ki, Bitcoin-in bu səviyyəyə qalxmasından sonra bəzi analitiklər ucuzlaşma nəzərdə tutarkən, bəziləri də bahalaşmanın davam edəcəyi fikirindədir.

Bitcoin-də bahalaşma gözləyən adlardan biri də müstəqil analitik Ronnie Moasdır. Moasa görə, Bitcoin 2018-ci ildə 7 min 500 dollar səviyyəsini görə bilər.

Daha əvvəl Bitcoin ilə bağlı 2018 qiymət hədəfini 5 min dollar olaraq açıqlayan Moas, Bitcoin-də ötən həftə sonu baş verən rekord yüksəlişdən sonra qiymət hədəfini 7 min 500 dollar səviyyəsinə qaldırıb.

2027-ci il qiymət hədəfini 50 min dollar səviyyəsində proqnoz edən Moas, qarşıdakı dövrdə yuxarı istiqamətli təkanının sürətlənəcəyini bildirib.

Moas və digər kripto valyuta  mütəxəssisləri buna səbəb kimi kripto valyuta istifadə edənlərin sayında artım potensialını göstərirlər.  Analitiklər hazırda 10 milyon olan istifadəçi sayının 50 ilə 100 milyon arasında olmasını təxmin edir.