“Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

Date:

Paylaş:

Amerikanın “Google” korporasiyası koronavirus pandemiyası zamanı bütün dünya üzrə insanların olduğu yer barədə məlumatların dərc olunacağı saytı istifadəyə verib.

Bu barədə “Google” kompaniyasının bəyanatında deyilir. “COVID-19 Community Mobility Reports” adlanan saytda yeni koronavirusun yayılması səbəbindən dünyanın bir çox ölkələrində karantin rejiminin tətbiqindən sonra ticarət-əyləncə mərkəzlərində, ərzaq mağazalarında, aptek və parklarda insan sıxlığının necə dəyişdiyini izləmək mümkün olacaq.

Kompaniya şəxsi məlumatların qorunması üçün hər bir fərdi istifadəçi barədə deyil, bu və ya digər obyektlərdə insan sıxlığı barədə ümumi informasiya verəcək. Məsələn, San-Fransisko əhalisinin hərəkəti analizi göstərdi ki, fevralın 16-dan martın 29-dək şəhərdəki ticarət-əyləncə mərkəzlərində insan sıxlığı 72 faiz, parklarda gəzənlərin sayı isə 55 faiz azalıb.

İnternet-portal ilkin mərhələdə 131 ölkədən məlumat təqdim edəcək və tədricən insanların hərəkətinin izlənəcəyi ölkələrin sayı artırılacaq. Kompaniyanın bəyanatına əsasən, sayt müxtəlif dövlətlərin hakimiyyət orqanlarına karantin tədbirlərinin yerinə yetirilməsini qiymətləndirməyə kömək edəcək.

©Azərtac

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...