Sakitliyin də əmsalı olur

Date:

Paylaş:

Panika çoxluğu sevir, belə desək,  “yoluxdurucu”dur.

Amma praktik, effektiv və rasional alternativ də var – sakitlik.

Əgər siz içi sərnişinlərlə dolu bir təyyarədəsinizsə və onlardan biri uçuş gərginliyinə görə qorxudan əsirsə bu panika gec-tez azalacaq. Yox əgər ona daha altı nəfər qoşularsa, çox güman ki, sonda bu təşviş hamıya yayılacaq. Yəni, təşviş halının artması üçün ona say çoxluğu lazımdır.

Və yaxud 10 yaşlıların yay düşərgəsində bir evcikdə əgər uşaqlardan ancaq biri evi üçün darıxarsa adətən bir qədər sonra o bu barədə unudub yaydan həzz almağa başlayacaq, çünki ətrafımızda xoş əhvalda olan insanlar olanda biz də özümüzü yaxşı hiss etməyə başlayırıq. Amma əgər darıxanların sayı dörd və ya daha çox olarsa bu mənzərə artıq dəyişəcək.

Sakitlik – susdurucu mexanizmidir, amma o panika qədər effektiv deyil.

Kitabxana – qaydası üzrə, sakit bir yerdir, çünki bu dediyimiz kimi bir qaydadır, orada mütaliə olunduğundan sakitliyə riayət olunmalıdır. Və bu bir qayda olduğundan ona əməl edən insanların olması lazımi vəziyyətin yaranması (status-kvo, sakitlik) üçün kifayət edir. Amma belə bir dincliyə nail omaq üçün səy göstərmək lazımdır, çünki söhbət geniş yayılmasından gedəndə, sakitlik əmsalı təşvişlə rəqabət apara bilməz.

Bəs Twitter? Twitter təşvişi maksimum həddə çatdırmaq üçün yaranıb. Sakitlik bir qədər əvvəl də bildirdiyimiz kimi, belə demək olarsa, panika qədər “yoluxdurucu” olmur. Panika alovlanandır. Və əgər siz real həyatda, vaxtının çoxunu sosial şəbəkələrdə və xəbər saytlarında keçirən insanlarla ünsiyyət qurursunuzsa onların hamısını öz əhatə dairənizə dəvət etmiş olursunuz.

Məsələn, bir vaxtlar 3 əsas televiziya kanalı  var idi və o dövr ideal zaman hesab olunmurdu. Buna çox səbəb tapmaq olar, amma onda dominantlıq və tənzimləmə qaydalarına əsasən mövcud olan həmin kanallar çaxnaşma yaratmırdılar, yəni bunun üçün yaranmamışdılar. Sonralarsa, kabelli xəbər kanalları yarananda məlum olur ki, panika, pul qazanmağın əla yollarından biridir və həmin kanalların yaratdığı çaxnaşmalar isə hər şeyi qaydasına qoymağa görə deyil, qorxu və qəzəb yaymağa xidmət edir.

Əgər panika kömək edirsə, o zaman, irəli. Amma bu çox nadir hallarda olur.

Bunun əvəzində:

Nə məlumat oxuduğunuza baxın.

Sosial şəbəkələrdən uzaq durun.

İşləyin. Nə olursa olsun, bu panikaya düşməkdən daha yaxşıdır.

Mütəmadi olaraq xəbərləri izləmək  tələ və fırıldaqdır. Bunun üçün sizə beş dəqiqə kifayətdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...