“Starbucks” qəhvəxana şəbəkəsi ABŞ və Kanadada fərdi fincanlardan istifadəni müvəqqəti olaraq qadağan edib. Bu barədə şirkətin saytında deyilir. Qərarı, şirkət yeni “COVİD-19” epidemiyasına qarşı mübarizə məqsədilə qəbul edib.
“Starbucks” öz fincanı ilə gələn qonaqlara endirimlər təqdim etməkdə davam edəcək. Şirkətin icraçı vitse-prezidenti Rossann Uilyamsın verdiyi məlumata görə, bundan sonra qəhvə yalnız birdəfəlik istifadə fincanlarında satılacaq.
Xatırladaq ki, şirkət bu endirim kompaniyasına 1985-ci ildən başlayıb və bunu ziyarətçilərin kağız stəkanlardan istifadəsini azaltmaq üçün edib.
Fevral ayının sonunda “Starbucks” şəbəkəsinin Çindəki müəssisələrinin 85%-i fəaliyyətini bərpa etmişdi.