Tanınmış şoumen Xəzər TV-yə direktor təyin edilib

Date:

Paylaş:

Xalq artisti Murad Dadaşovdur Xəzər TV-yə yeni direktor təyin edilib.

Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.

Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, 1985-1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur.

Tanınmış teleaparıcı, prodüser, aktyor olan Murad Dadaşov “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, “M Group Production” şirkətinin prezidenti, “20-ci əsrin çempionları” titulunun sahiblərindən biridir. O, 2014-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2018-ci ildə isə Xalq artisti adına layiq görülüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...