“Veysəloğlu” şirkətinin gizli anbarı aşkar olundu

Date:

Paylaş:

Təxminən bir ay əvvəl Sabunçuda İqtisadiyyat Nazirliyi tərəfindən “Veysəloğlu” şirkətinin gizli ərzaq deposu aşkarlanıb.

Bu barədə Hurriyyet.org-a daxil olan məlumatda deyilir.

Bildirilir ki, həmin anbarda gizli şəkildə bəzi ərzaq məhsulları istehsal olunurmuş və şirkət həmin malların özünə məxsus marketlərdə qeydiyyatsız satışını təşkil edirmiş. Bununla həm vergidən yayınır, həm də əlavə qazanc əldə edirmiş.

Məlumata aydınlıq gətirmək məqsədilə “Veysəloğlu” şirkəti ilə əlaqə saxladıq. Sözügedən şirkətin hüquqşünası Fuad Yadigarov dedi ki, o, bu barədə suallara cavab verə bilməz: “Mən o səlahiyyətli şəxs deyiləm. Mənə səhv yönləndiriblər. Mənə aidiyyatı yoxdur, aidiyyatı üzrə yönləndirsinlər. Mənim bu barədə heç bir məlumatım yoxdur”.

Məsələ ilə bağlı şirkətlə təkrar əlaqə saxlasaq da, suallarımıza cavab verəcək yetkili şəxs tapılmadı…

İddia ilə bağlı İqtisadiyyat Nazirliyinin də mövqeyini öyrənmək istəsək də, dəfələrlə İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqələndirsələr də, şöbədən telefona cavab verən tapılmadı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...