Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Daha bir deputatın Avropada biznesi aşkarlandı

Daha bir deputatın Avropada biznesi aşkarlandı

59
Paylaş

Milli Məclisin deputatı Azər Kərimlinin oğlu İngiltərədə biznes fəaliyyəti ilə məşğuldur.

Bu barədə hazırda Avropada mühacir həyatı yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, “KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) 2018-ci ilin sentyabrın 13-də 11566535 saylı şəhadətnamə ilə Londonda qeydiyyatdan keçib.

Reyestr məlumatlarına görə şirkət daşınmaz əmlak satışı ilə məşğuldur.

Qeydiyyat ünvanı 186 Ability Place, 37 Millharbour, London, United Kingdom, E14 9DF.

Şirkətin təsisçisi Fəxri Kərimli Azərbaycan vətəndaşı, Oksford məzunudur. Atası Azər Kərimli YAP-ın namizəd siyahısı ilə Milli Məclisin son 3 çağırış deputatı “seçilib”.