Biznesdə uğur əldə etməyin ən əsas yollarından biri istər məhsul istehsalı sahəsində, istərsə də xidmətlər sahəsində yeniliklərə imza atmaqdır. Hazırda dünya üzrə iqtisadi cəhətdən ən gəlirli sahələrə nəzər salsaq, ön sıralarda turizmi görə bilərik.
Son dövrlərdə Dünya ölkələri üzrə ən çox inkişaf edən turizm sektoru əyləncə-atraksion sahəsidir. Bu sahə xüsusilə əhalinin gənc təbəqəsinin diqqətini özündə cəmləşdirə bilib. Bütün bu sadaladığımız xüsusiyyətləri nəzərə alaraq, ölkəmizdə turizm sahəsində yenilik edərək tamamilə fərqli və yeni bir biznesin yaradılması həm gəlirlilik, həm də böyük bir əhali kütləsinin diqqətini cəlb etmək baxımından çox effektli olacaq.
Yeni biznes ideya – Gəzəyən çay
Azərbaycanın, xüsusilə dağlıq ərazilərin ecazkar təbiət gözəlliklərinin, silsilə zirvələrinin olması, eyni zamanda iqlim şəraitinin mülayimliyi ölkəmizdə “Hava şarları” ilə səyahət turlarını təşkil etməyə imkan verir. İqlim xüsusiyyətlərini və bu şarların texniki parametrlərini nəzərə alaraq bu biznesin qurulması- turların təşkil olunması üçün ən optimal region Şamaxı rayonudur.
Hava şarları ilə turlar 45 və 90 dəqiqə olmaqla həyata keçirilə bilər. Həmin turun 45 dəqiqəsi 100 manat və 90 dəqiqəsi 150 manat civarında olmasını müəyyənləşdirmişik. Ümumi olaraq bütün keyfiyyət parametrlərinə cavab verən şarların qiyməti 5.000-9.000 dollar aralığında müəyyən olunub.
Qoz biznesi ilə pul qazanmaq
Turlar zamanı şarlar 400-1000 metrə qədər yüksəkliyə qalxa bilir ki, bu da səyahətçilərə Böyük Qafqaz sıra dağlarını Dübrar, Babadağ zirvələrini görməyə imkan verir. Dağlıq-meşə mənzərələri ilə yanaşı ən çox göy qurşağının göründüyü ərazinin Şamaxı olduğunu nəzərə alsaq, bu da turlar zamanı spesifik bir mənzərənin yaranmasına səbəb olur.
Qeyd edək ki, bu turlarda vacib məqamlardan biri turistlərin təhlükəsizliyidir. Səyahətçilərin də əsas diqqət etdiyi məqamlardan biri də budur. Şarlar adam tutumundan asılı olaraq müxtəlif növlərə bölünür ki, bunlara bir nəfərlik, dörd nəfərlik şarları misal göstərə bilərik. Eyni zamanda həmin adam sayından asılı olaraq da şarlarda paraşütlər yerləşdirilib. Bu paraşütlərin istifadə qaydaları turlardan əvvəl səyahətçilərə mütəxəsisslər tərəfindən izah olunacaq.
Kiçik biznes qurmaq istəyirəm deyənlər üçün?
Xüsusilə toxunacağımız məqamlardan biri isə bu sahənin gəlirlilik səviyyəsidir. Gəlir proqnozlaşdırılması yerli təcrübə olmadığından xarici müəssisələrin təcrübələrinə əsasən aparılıb.
Türkiyənin məşhur Kapadokya əyaləti məhz bu turlarla məşhurdur. Onların statistik hesablamalarına əsasən, hər il bu turlara orta hesabla 700 min yerli və xarici turist cəlb olunur. Burdan əldə olunan gəlir ortalama 1,2 milyard dollara bərabərdir.
Təbii ki, ölkəmizdə əhali sayını və bu sahənin yeni yaradıldığını nəzərə alaraq ilk illər üçün bu rəqəmlər müəyyən qədər aşağı olacaq. Lakin vurğulayacağımız məqamlardan biri də qonşu ölkələrdə bu turların mövcud olmaması və digər ölkələrə nisbətən bizim turlarımızın qiymətinin daha ucuz olması həm yerli, həm xarici turistlərin cəlbi baxımından bizə böyük imkanlar yaradacaq.
Statistik hesablamalarımıza əsasən, ilk yaradıldığı dövrdə minimum illik gəlirlilik göstəricisi 72 min manat olacaq. Ölkəmizdə təkcə bu sahənin deyil, hündürlükdən tullanma , çay turizmi kimi yeni və əyləncə-atraksion sahəsinə aid olan turizm sahələrini inkişaf etdirmək və bununla da turizm potensialını gücləndirərək yüksək mənfəət əldə etmək üçün böyük prespektivlər var.
Müəllif: Fatma Uğurliyeva