Qoz biznesi qurmaq – Ömürlük qazanc

Date:

Paylaş:

Çox zaman yüksək mənfəət əldə etmək istəyən şəxslər hansı sahəyə investisiya etmək məsələsində qərarsız qalırlar. Onlar sahələri gözdən keçirərkən, uzunömürlülük, dayanıqlılıq və yüksək mənfəətlilik kimi xüsusiyyətlərin cəmləndiyi sahələri tapmaq arzusunda olurlar. Son dövrlərdə kənd təsərrüfatına artan maraq, məni də bu sahə haqqında düşünməyə vadar etdi və bu xüsusiyyətləri özündə cəmləyən sahələrin axtarışına başladım.

Bu axtarışlar məni qoz bağçılığına yönəltdi.  Bildiyiniz kimi qoz ağacları orta hesabla 200 il ömrə sahib olurlar. Bu səbəbdən də öz biznesimi “Ömürlük qazanc” olaraq adlandırmağı qərara aldım.

Biznes qurmaq üçün ideyalar

Qoz ağaclarının müxtəlif cinsləri ilə bağlı məlumatlar topladıqdan sonra iqtisadi baxımdan daha əlverişli gördüyüm Altay cinsdən olan qoz ağaclarına marağım yarandı. Bu ağacların üstün cəhəti sərt iqlimə uyğun olmasıdır. Belə ki, ağaclar -35ºC ilə 45ºC dərəcə aralığında dəyişən istiliyə uyğundur.

Bu sahədən gəlir götürməyi hədəfləyəcək insanların diqqət yetirəcəyi bir məsələ də, ağacların əkildikdən sonra neçə ilə məhsuldarlıq əldə edə biləcəyi məsələsidir. Qeyd edək ki,bu cinsdən olan qoz ağacları əkildikdən 4 il sonra ilkin iqtisadi səmərəli məhsul verməyə başlayır. Ağacın ilk ildən məhsul verməsinə baxmayaraq, məhsuldarlığının artması üçün ilk 4 ildə meyvələrdə budamalar həyata keçirilir. Orta hesabla 4 ildən sonra 8-12 kq, 10 ildən sonra isə ağac 70-100 kq arası məhsul verir.

Altay qoz ağaclarının dəniz səviyyəsindən 200-1800 m yüksəklikdə, şoran və gilli torpaqları çıxmaqla bütün torpaq növlərində yetişməsinin mümkün olması da onu Azərbaycan üçün uyğun seçimlərdən edir. Ağac iqtisadi baxımdan səmərəli məhsul verdikdən sonra hər il artan məhsuldarlıqla böyüməyə davam edir (6 metrə qədər). Uzun ömürlü olması ilə ağac  təkcə sahibkarın deyil, onun vərəsələrinin də gəlir əldə edə biləcəyi mənbəyə çevrilir.

Kiçik biznes qurmağın yolları

Bu qoz ağacları eyni zamanda ildə üç dəfə çiçək aça bilməsi ilə də seçilir. Belə ki, ağaclara investisiya etməyi düşünən şəxsləri çəkindirən birinci faktor çiçəklərin donvurmadan zərər görə bilmə təhlükəsidir. Bu səbəbindən məhsuldarlığın kəskin azalması istisna olunmur.

İldə üç dəfə çiçək açma xüsusiyyəti Altay qoz ağaclarını risklərdən “xilas edir”.  İlk açılan çiçəkləri don vursa belə, növbəti açılan çiçəklərlə ağac zərərin qarşısını alır və gəlir gətirir. Xəstəliklərə qarşı davamlı olması, əkildikdən üç il sonra öz suyunu təmin edə bilməsi səbəbindən də iqtisadi baxımından səmərəliliyi ilə seçilir.

Qoz ölkədaxilində alıcı tapa bilməsi ilə yanaşı, həm də qiymətli ixrac potensialı olan meyvədir. Eyni zamanda qozun bazar qiyməti də sahibkarları bu sahə ilə məşğul olmağa həvəsləndirə bilər. Bir hektar sahə üçün orta hesabla 300-400 arası qoz ağacının əkilməsi mümkündür.

Yüksək məhsuldarlığı, uzun ömrü və məhsulunun alıcı tapması şansı yüksək olduğu üçün bu sahə həm əlavə gəlir istəyən həvəskarların, həm bölgələrdə yaşayan təsərrüfatla məşğul olan sakinlərin, həm də peşəkarların maraqlarına uyğundur.

1000 dollarla nə biznesi qurmaq olar?

Meyvəsi ilə yanaşı, sahə ilə peşəkar şəkildə məşğul olmaq istəyən şəxslər dəyərli ağacın tinglərini sataraq da gəlir əldə edə bilər. Altay qoz ağacının tinginin orta bazar qiyməti 18-22 manat aralığında dəyişir. Bunu nəzərə alsaq, çox da böyük olmayan sahədə yetişdirdiyi tingləri bazara çıxaran sahibkarlar yüksək qazanc əldə edə bilərlər.

Bütün sadalanan amilləri nəzərə aldıqda, bu sahənin gələcəkdə yetərli diqqət toplayacağını və böyük potensiala sahib olacağını görmək olar. Elə bu gün maraqlanmağa başlayan və bir addım belə öndə olan şəxslər, rəqiblərinə nəzərən üstünlük qazanacaqdır. Bu gələcəyə olan yatırımdır.

Müəllif: Əli Qurbanlı

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...