Milyarder Uorren Baffet ötən ilin dördüncü rübündə “Apple” dakı payının bir hissəsini, 800 milyon dollar satıb.
Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının materiallarına istinadən “Markets Insider” məlumat verib.
CNBC kanalının verdiyi məlumata görə, “Berkshire Hathaway” holdinqi “Apple” şirkətində 5,6% paya sahibdir (79,6 milyard dollar). “Forbes Real-Time” reytinqində Baffet dünyanın ən zəngin insanları sırasında dördüncü yeri tutur. Qiymətləndirmələrə görə, milyarderin sərvəti 89,4 milyard dollar təşkil edir.
Uorren Buffetin “Apple” dakı payını azaltmasının bir neçə səbəbi var. Birincisi, holdinqin aktivlərini diversifikasiya etmək üçün. İkincisi, gəlir əldə etmək üçün: keçən rübdə şirkətin səhmləri 1/3 artmaqla, fonda 806 milyon dollardan 1,1 milyard dollaradək gəlir gətirə bilərdi.
Yaxın gələcəkdə Uorren Baffet “Apple”da payını artırmaq niyyətində deyil. Xatırladaq ki, milyarder “Apple” səhmlərini 175 dollara alıb.