Avtomobil istehsalçısı Rivian elektrik yük avtomobilləri və yolsuzluq avtomobilləri istehsal etməyə hazırlaşır. Şirkət son ildə 2 mlrd. dollardan çox vəsait cəlb edib. Rivian Tesla ilə mübarizəyə hazırlaşır və bu döyüşdə onun rəqabət üstünlüyü də var. Qalır bir tək avtomobillərin buraxılması.
2009-cu ildə yaradılan Rivian şirkətinin Rivian Automotive yığma zavodunda 750 mln. dollarlıq geniş təmr işləri aparılır. Təmirin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Sonra burada yük avtomobilləri, mikroavtobuslar və yolsuzlq avtomobilləri istehsal olunacaq. Şirkətin İllinoys ştatındakı bu ofisi ilə Mişiqandakı ofisinin konsepsiyası eynidir: şirkətin ekiloji yolsuzluq avtomobilləri istehsal edən brendinə məxsus zavod və turistik estetikanı bir arada təqdim etmək. Xatırladaq ki, Rivian ilk avtomobilini elə bu mərkəzdə istehsal edib. Amma şirkət Kaliforniya ştatında da fəaliyyət göstərir və burada o, öz texnologiyalarını və batareyalar hazırlayır.
“Təmizlik, rənglənmə və avadanlıq quraşdırması işlərini tamamlayandan sonra artq bu onilliyin ortalarında ildə 250 000 avtomobil istehsal etməyə başlaya bilərik”. Bu sözləri Rivian şirkətinin 37 yaşlı təsisçisi və prezidenti Robert Joseph Scaringe (daha çox “R.J.” kimi tanınır) deyir.
Amazon və Ford yatırımları
Tanınmış avatomobil istehsalçısı yaratmaq asan iş deyil. Bu sənayenin qurbanları arasında 1940-cı ildə Detroyta meydan oxuyan Preston Taker və 1980-ci illərin əvvəllərində avtomobil paytaxtını gələcəyə geri göndərməyi ( “Gələcəyə geri dönüş” filmi) bacarmayan John Delorean da var. Amma 21-ci əsrdə kütləvi bazar üçün avtomobil istehsal etmək daha çətin və bir qədər də risklidir, əgər söhbət elektrik avtomobillərindən gedirsə.
2020-ci illər elektroavtomobillər onilliyi ola bilərlər. Amma vəziyyət sürətlə dəyişir. 2020-ci ildə 21 milyon ədəd, 2025-ci ildə 98 milyon, 2030-cu ildə isə 253 milyon ədəd elektrik avtomobilinin satılacağı gözlənilir. Bu ötən illərlə müqayisədə artan göstərici deməkdir.
Yeni elektrik avtomobilinin hazırlanması ən qabaqcıl araşdırmalara belə yatırım tələb edir. Bu cəhətdən bəxti gətirən yeganə şirkət Tesla-dır. Amma, hətta onun üçün də bu, asan olmayıb.
“Biz uzun müddət müxtəlif avtomobil istahsalçılarının necə yarandığını müşahidə etmişik. Biznesin yaradılması və genişləndirilməsi ilə əlaqəli hansı risklərin olması, həmçinin, nə qədər başlanğıc kapitalın lazım olması barədə düşünmüşük” – deyə, Scaringe bildirir. Son 13 ayda o və komandası Rivian-ın inkişafına 2,85 mlrd. dollar cəlb edib. İlk olaraq 2019-cu fevralında Amazon ( başqaları) 700 mln. dollar yatırım ediblər. Ardınca, iki ay sonra Ford şirkətə 500 mln. dollar ayırır.
Autotrader və Kelley Blue Book kimi brendlərə sahib Cox Automotive sentyabrda 350 mln. dollar təklif edib. Bunlar Scaringe-in böyük planlarını həyata keçirmək üçün az idi. Yeni İl bayramına yaxın T. Rowe Price şirkəti növbəti 1,3 mlrd. dollar vəsait toplama raundunda əsas səhmdar olub.
Bu kapitallar Rivian-a 5,5 mlrd. dollardan bir qədər çox dəyərləndirmə qazandırır. Scaringe-ə şirkətin 20%-i məxsusdur. Deməli, o, avtomobil sənayesi nümayəndələri arasında yeni milyarderdir. Scaringe yarım il ərzində Rivian-ın ştatını təxminən üç dəfə artıra bilir – hal-hazırda şirkətdə 2000 əməkdaş işləyir. Sual yaranır: hətta ehtiyat 3 mlrd. dollarla Rivian Scaringe-in elektrik avtomobilləri ilə bağlı arzusunu gerçəkləşdirə bilərmi?
“Tesla”nın yolu ilə
Bu vaxta qədər şirkət çox az problem yaşayıb və irəli gedib. Amma Elon Musk ilk avtomobilinin istehsalı vaxtı onlara nisbətən problemlərlə üzləşmişdi. 2003-dən 2008-ə kimi Tesla Roaster istehsalına təxminən 100 mln. dollar cəlb edib. Tezliklə bu vəsait Model S-in xeyrinə yarayır. Model S üçün 350 mln.dollardan çox vəsait ( IPO 2010 da daxil olmaqla, burada şirkət 1,7 mlrd. dollar dəyərləndirilmişdi) lazım idi. Loqistika çətinlikləri və Musk-ın Model 3-ün istehsalı prosesini dəyişdirmək cəhdi iki ildən çox müddət ərzində avtomobillərin alıcılara çatdırılmasında gecikmələrə və keyfiyyətə nəzarətdə çoxlu problemlərə gətirib çıxarır. Bu problemlərin nəticələri istehsalçı şirkətə yüz milyonlarla dollara başa gəlir. Sonra şirkət kütləvi bazar üçün istehsalın genişləndirilməsinə milyardlarla borc götürür.
Nəhəng “Tesla” belə bu qədər maneələrə rastlayıbsa, heç bir ədəd də maşın buraxmayan Rivianın tapşırığın öhdəsindən asanlıqla gələ biləcəyini Scaringe necə düşünə bilərdi? O, belə düşünmür. “Nəsə plan üzrə gemir”- deyə, gənc CEO etiraf edir. Amma o, bütün çətinliklərin öhdəsindən gələcəyinə əmindir. İstənilən halda Rivian yolsuzluq avtomobilləri istehsalçısıdır.
“Macəralar avtomobili”
Scaringe hələ yuxarı siniflərdə oxuyanda öz avomobil istehsalı şirkətinin olmasını arzulayırdı. Amma bir çox həmyaşıdlarından fərqli olaraq bu ambisiyalarla Scaringe mühəndis işini də öyrənməyə başlayır. Scaringe Massaçusets texnologiya institutunda Sloun Avtomobil Sənayesi laboratoriyasında təhsil alıb və buradan sözün əsl mınasında yaxşı dərs alıb: “Mən avtomobil sənayesi ilə bağlı nə qədər çoxlu problemlərin olduğunu gördüm: geosiyasət, iqlim, havanın keyfiyyəti və sair. Daxilimdə güclü münaqişələr yarandı” – deyə, o xatırlayır. Buna görə də o, daxili yanma mühərrikli sport avtomobil yaratmaq planından imtina edir.
2009-cu ildə doktoranturanı bitirən Scaringe Melbrun-a evlərinə qayıdır və Rivian şirkətini yaradır. Dörd il ərzində komandası ilə birlikdə onlar yüksəksürətli elektromobillər istehsal edirlər. Sonralar Scaringe gördü ki, lüks sinif yolsuzluq və yük daşıyıcları kateqoriyasından olan elektrik avtomobillərinə böyük tələbat var.
Nəhayət 2018-ci ildə Rivian Los-Angelesdəki Avtosalonunda iki prototipini nümayiş etdirir: yeddi nəfərlik R1S elektrik yolsuzluq avtomobili və R1T elektrik pikap. “Macəralar avtomobili” adlandırılan bu iki avtomobil Range Rover-ə oxşayır – sərt, güclü və lüks. Onlar simsiz internet kimi funkiyalarla və sürücünün təhlükəsizliyini təmin edən çoxsaylı alətlərlə təchiz ediliblər.
Şirkət 2021-ci il üçün 20 000, 2022-ci il üçünsə 40 000 ədəd yük və yolsuzluq avtomobili istehsal etməyi nəzərdə tutub. Bu da hər şey plan üzrə getsə, müvafiq olaraq, 1,4 mlrd. dollar və 2,8 mlrd. dollar qazandıra bilər. Müqayisə üçün: Tesla 2016-cı ildə 25 000 ədəd Model X satıb.
Yüksək rəqabət
Scaringe deyir ki. 2024-cü ildə Rivian avtomobilləri sırasına daha üçü daxil olacaq. Onlar haqqında ətraflı məlumat verməkdən yayınsa da bildirir ki, biri kiçik ölçülü olacaq və onların hamısı çox ucuz olacaq. Scaringe bir maşına olan qiyməti həqiqətən də 50 000 dollardan ucuz edə bilsə bu, Musk üçün Cybertruck-un sınmış şüşəsinin dərdindən da daha ağır dərd ola bilər.
Təbii ki, hal-hazırda elektrik avtombilləri bazarına Tesla liderlik edir – ABŞ-da satışın təxminən 80%-i ona məxsusdur. Rivian, elit elektroyolsuzluq avtomobilləri seqmentində digər avtomobil istehsalçıları tərəfindən güclü rəqabətlə qarşılaşır. R1S yolsuzluq avtomobili payızda, Mercedes-Benz EQC (ilkin qiymət — $67 900), yolsuzluq Audi e-tron ($74 800), Jaguar I-Pace ($69 500) və əlbəttə, Tesla Model X ($84 990) kimi modellərlə eyni vaxtda bazara çıxarılacaq. Hyundai və Kia kimi digər avtoistehsalçılar Kona EV və Niro Ev kimi daha əlçatan variantları təklif edirlər. Onların qiyməti müvafiq olaraq 37 190 dollar və 38 500 dollardır.
Amma yükdaşıyanlar seqmentində Riviana çətin ki əsl rəqiblər tapılsın. Tesla-nın artıq məhşurluq qazanmış Cybertruck-unun istehsalı 2022-ci ildən tez olmayacaq. Həmçinin, Ford və General Motors da öz elektrik pikaplarını yaxın bir neçə ildə buraxmağa söz veriblər.
Rivian söz verir ki, onun R1S və R1T maşınları özəl texniki göstəricilərə malik olacaqlar – əsas da güc ehtiyatı 640 km.-dən çoxdur ki, bu da istənilən başqa elektrik avtomobilindən 120 km artıq deməkdir. Bundan başqa, Rivian söz verir ki, onlar əsl yolsuzluq avtomobili olacaqlar. Tesla avtomobilini çimərlik və ya meşədə sürməyə çalışın.
Şirkət həm də “Tesla”nın Superchargers-inə oxşayan yanacaqdoldurma infrastrukturası da inşa etməyi düşünür. “Biz onları parallel olaraq işləyirik” – Scaringe deyir. Baza komplektasiyalı Rivian pikapı 69 000 dollara, yolsuzluq avtomobili isə 72 500 dollara bərabər olacaq ( hər ikisi federal vergi güzəştlərinə imkan verir). Scaringe qeyd edir ki, bu qiymətlər avtomobillər istifadəyə verilən zaman ucuzlaşacaq, amma dəqiq nə qədər olacağını demir.
Çox şey Rivianın yeni səxavətli tərəfdaşlarından asılı olacaq.
Qısa zaman ərzində Amazon, Ford və Cox-dan inkişafa 3 mlrd. dollar əldə etmək – Scaringe üçün şübhəsiz ki, əla başlanğıcdır. Amma “Tesla”nın təcrübəsinə nəzər yetirsək, bu vəsait istehsalı Musk –la yarışmağa imkan verəcək qədər genişləndirmək baxımından azdır.
Ford-la əməkdaşlıq çərçivəsində şirkətlər birgə elektromobillər istehsal edəcəklər. Scaringe layihədən ürəkdolusu danışır, amma məlum olan təkcə budur ki, elektromobil Lincoln brendi altında lüks yolsuzluq avomobili olacaq. Bundan başqa, Volkswagen Ford-la birgə özünün yeni platformasında elektrik avtomobili hazırlayacaq.
Amazon şirkəti isə Rivian-dan 100 000 yük avtomobili sifariş edib. Onlar Amazonun 2015-ci ildən bəri qurduğu qırılmaz loqistika zəncirinin bir hissəsi olacaqlar. Jeff Bezos 2040-cı ilə bütün istehsal bölmələrinin karbon tullantılarının sayını sıfıra çatdırmaq istəyir, 2030-cu ilə isə tam olaraq bərpa olunan enerjiyə keçmək istəyir.
Amma Musk daha çox Rivianla Cox arasındakı əməkdaşlığa görə narahat olmalıdır. Teslanın 30 ştatda yüzdən çox xidmət mərkəzi var, amma 2019-cu ildə Cox bütün Amerikada özünün inkişaf edən kommersiya və tərəfdaşlıq xidmətləri mərkəzləri şəbəkəsi vasitəsilə 55 milyondan çox xidmət sorğusu alıb. R1T və ya R1S avtomobillərində nəsə problem yarananda, belə güman edilir ki, müştəri, maşını Cox xidmət mərkəzinə apara və maşındakı çatışmazlığı orada tez və keyfiyyətli şəkildə aradan qaldıra biləcək – Tesla isə yarandığı gündən bəri bu məsələlərlə bağlı çətinliklər yaşayıb.
Cox da Rivianla uzunmüddətli perspektivlərə görə əməkdaşlıq edir: bazarda maşın sayı hər gün daha da artdığından şirkət təkrar satışlara nəzarət etmək istəyir. Cox-un rəhbəri deyir: “ Bacarıq və yeni biliklərimiz sayəsində nə vaxtsa bütün Rivian avtomobillərinin əsas topdan satıcısına çevrilə biləcəyimizə ümid edirəm”.
Qalır avtomobil istehsal etmək.
Musk kimi, amma normal
İllinoys ştatında, Rivian şirkətinin yerləşdiyi şəhərin adı Scaringe-in obrazını və onun Muskdan fərqini çox yaxşı təsvir edir: “Normal” . Musk öz Twitter hesabını güclü silaha və praktiki sərbəst marketinq bölməsinə çevirib, amma Scaringe-ə əlavə diqqət lazım deyil. Musk modellərlə və pop-ulduzlarla şəkillər çəkdirir, Scaringe isə son zamanlar ailəsi ilə az-az görünsə də daha ailəcanlıdır.
2017-ci ildə Mitsubishi zavodu Rivian şirkətinə 16 mln. dollara satılır. Keçən yay şirkət Normal şəhərinin sakinləri ilə onların suallarına cavab vermək üçün görüş keçirir. Bu addımı Riviana yeni əməkdaşlar işə almaqda yardımçı olur.
Elektromobillər müharibəsində kimin qalib gələcəyi barədə nəsə demək hələ ki tezdir, amma Rivian – Navigant-dan olan Sem Abuelsamidin fikrincə, nəinki davam gətirməyə, hətta inkişf etməyə belə şansı olan iki şirkətdən biridir. O, belə hesab edir ki, Rivian Tesladan da daha yaxşı vəziyyətdə ola bilər: “Kimin potensial olaraq daha çox istehsal həcminə nail ola, bazara daha çox avtomobil çıxara biləcəyi sual olunsa cavab təbii ki, Tesla olacaq”. Amma biznes nöqteyi-nəzərdən, məhsullarının özəlliyinə görə Rivianın “uğurlu olmaq şansı daha yüksəkdir”.