Azərbaycana idxal olunan mobil cihazların sayı məlum olub

Date:

Paylaş:

Azərbaycandan mobil telefonlar üzrə valyuta axının əsas payçısı Çindir.

2019-cu il ərzində Çindən Azərbaycana idxal olunan mobil telefonların sayı 798 min ədədi ötmüşdür. Ölkəyə idxal olunan bu mobil cihazların əvəzində isə 75,7 milyon ABŞ dolları dəyərində valyuta çıxmışdır.

Ölkəyə ümumilikdə isə 1 milyon 407,07 min ədəd mobil cihaz gətirildiyini nəzərə alsaq, az qala hər 10 telefondan 6-sının Çindən idxal etməyimiz deməkdir.

Ölkəyə digər ən çox mobil telefonun daxil olduğu ölkə isə Vyetnam olub. 2019-cu il ərzində bu ölkədən Azərbaycana 343 min ədəddən çox telefonun dəyəri 57,02 mln. dollardan çox olub. 3-cü ən çox Gürcüstandan – 261 mindən çox və ya 28,49 milyon dollar dəyərində mobil telefon gətirilib. 4-cü ən çox isə Hindistandan 73 min ədəd daxil olub ki, bu məhsulların ümumi idxal dəyəri 8,51 mln. dollar təşkil edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...