Bu il Bakıda daha bir Kiçik və Orta Biznes Evinin (KOB Evi) açılması nəzərdə tutulub.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu il ərzində Bakının Nərimanov rayonunda paytaxtda ilk KOB Evinin açılışı olacaq.
O. Məmmədov artıq tikinti işlərinin getdiyini bildirib: “Ümid edirik ki, tez bir zamanda bu KOB Evini sahibkarların istifadəsinə verə biləcəyik. Burada daha çox pəncərə fəaliyyət göstərəcək”.