Əsas səhifə Xəbərlər Digər xəbərlər Bakıda sahibkar intihar edib

Bakıda sahibkar intihar edib

18
Paylaş

Bakıda aptek sahibi, həkim Sənan Həsənov intihar edib.

Xəbərə görə, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək özünü öldürüb.

S.Həsənovun intiharına səbəb kimi dərman biznesi ilə bağlı çoxlu borcunun yaranması və onu qaytara bilməməsi göstərilir. Belə ki, pulu qaytara bilmədiyindən depressiyaya düşən sahibkar intihar edib.

O, son paylaşımlarından birində jurnalist İbrahim Nəbioğlunun xoşbəxtliklə bağlı məqaləsini paylaşaraq “Nə xoşbəxtdir ki, bu məqalədə qeyd edilən təki xoşbəxt olmaq. Oxuyun, xoşbəxt olun, zaman gedir”, – deyə qeyd edib.