Dünyada ən iri pərakəndə ticarət şəbəkələrindən birinə malik İsveçrənin “Migros-Genossenschafts-Bund” (MGB) şirkəti “Globus” lüks ticarət şəbəkəsini satdığını bildirib.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, şəbəkənin alıcısı “Signa” və “Central Group” şirkətləridir. Onlar Avropada bir sıra bahalı dükanların sahibidirlər.
Alış-verişin dəyəri 1 milyard dollardır.
“Globus” şəbəkəsinə müştəri axtarılması ötən ilin yayından bəllidir, “Signa” və “Central Group” da o vaxtdan mümkün alıcılar sırasında sayılıb. İndi də “Globus”un “European Luxury Department Store Group”a daxil olması ilə holdinq Almaniya, Avstriya, Danimarka, İsveçrə, İtaliya bazarlarının müvafiq seqmentində lider olacaq.