“Tesla”dan rekord – Səhmləri bahalaşıb

Date:

Paylaş:

ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkətinin səhmləri “Nasdag” birjasındakı hərrac zamanı 19,89% bahalaşaraq indiyədək ən yüksək məbləğə satılıb. Bu məbləğ 780 ABŞ dollar təşkil edir.

Hərrac barədə məlumatlara istinadən Bizplus.az xəbər verir ki, bu bahalaşma həmçinin 2013-cü ildən etibarən ən böyük günlük artımdır. Belə ki, şirkətin dəyəri 140 milyard ABŞ dollarını üstələyib.

Qeyd edək ki, “Tesla”nın səhmləri “Panasonic”lə akkumulyator istehsal edən birgə müəssisədə ilk rüblük mənfəət barədə məlumatların yayılmasından sonra bahalaşıb. Bundan bir həftə əvvəl isə “Tesla” 2019-cu ilin yekunlarına görə xalis zərərinin 12 faiz azalaraq 862 milyon ABŞ dollara enməsi, gəlirinin isə 14,5 faiz artaraq 24.578 milyon ABŞ dollarınadək yüksəlməsi barədə açıqlama verib.

2003-cü ildə təsis olunmuş “Tesla Motors”un dəyəri ötən ay ilk dəfə 100 milyard ABŞ dolları həddini aşmışdı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...