Azərbaycanda biznesə yeni dəstək mexanizmi işə düşəcək

Date:

Paylaş:

Yaxın vaxtlarda Azərbaycanda kiçik və orta biznesin maliyyələşməsi üçün yeni mexanizm işə düşəcək.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, yeni mexanizmin mahiyyəti ondan ibarətdir ki, KOBİA tərkibində yaradılacaq Kiçik və Orta Biznesin İnkişafı fondu kiçik və orta biznesdə tərəfdaş kimi çıxış edəcək. Başqa sözlə, fond biznes layihələrində şərik kimi iştirak edərək həmin layihəni maliyyələşdirəcək.

Bu zaman fondun biznesdə iştirakı ilə bağlı maksimum pay 50% təşkil edəcək.

Qeyd edək ki, hələlik fondun 10 milyon manat kapitalı var. Amma yaxın vaxtlarda bu məbləğ 30 milyon manata çatacaq. Məbləğin artımı, prosesə xarici partnyorların, o cümlədən AYİB, Asiya İnkişaf Bankı, İslam İnkişaf korporasiyası və başqa təşkilatların qoşulması sayəsində baş tutacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...