3D printerdə surəti çıxarılmış 17 real tikili

Date:

Paylaş:

3D-çap texnologiyası çox sürətlə inkşaf edir və həyatımızın müxtəlif sahələrində ondan istifadə olunur.

Son zamanlar binaların surətinin çıxarılmasına böyük diqqət yetirilir və onlara ABŞ, Səudiyyə Ərəbistanı, Meksika, Fransa, Rusiya, BƏƏ və digər ölkələrdə tez-tez rast gəlinir.

Bəs 3D-çap tikinti üçün özündə nələri daşıyır?

Bugün mövcud olan 3D-çap tikililəri konstruksiyalarına və divarlarının qurulma metoduna görə fərqlənirlər. Ən çox rast gəlinən printerlər portal konstruksiyalı, iki və dörd dəstək konstruksiyalı, əl-manipulyator bazalı və dairəvi konstruksiyalı olanlardır. Avadanlıq, yerində yığılmaları üçün kiçik inşaat formaları və tikinti materialları yaratmağa imkan verir ya da binanı bütövlükdə tikinti meydanında çap etməyə şərait yaradır. Surəti çıxarılan tikilinin hündürlüyü və ölçüləri istifadə olunan printerin texniki xarakteristikalarından asılıdır.

Çap prosesi necə olur?

Ekstruder (vintli maşın) tez sərtləşən beton qarışımını müxtəlif qatqı maddələri ilə qarışdırır. Hər növbəti təbəqə əvvəlkinin üzərinə çəkilir və beləcə, vertikal konstruksiya əmələ gəlir. Bununla da aşağıdakı beton təbəqələr sıxılaraq növbəti qatları və deməli, bütün konstruksiyanı saxlaya bilirlər. Konstruksiyanı möhkəmləndirmək üçün qatlar şaquli və üfüqi ola bilirlər. Təbəqələr arasına üfüqi dəmir beton qat çəkilir, tərkib bərkiyəndən sonra şaquli armatur quraşdırılır və sonra da beton tökülür.

3D-nin digər tikinti üsullarından üstünlüyü nədən ibarətdir?

3D-printerli konstruksiyalar tikinti və əlaqəli sahələr üçün geniş imkanlar açır. Praktik tətbiqi qatqı maddələri istehsalının aşağıdakı üstünlüklərini üzə çıxarıb:

Binaların layihələrini işləyən dizayner və inşaatçıların fantaziyalarında məhdudiyyət aradan qalxıb, belə ki, adət etdiyimiz metodlarla inşaat zamanı əlçatmaz olan imkanlar açılıb.

Binaların və tikinti materiallarının yüksək sürətlə inşası.

Prosesin tam avomatlaşdırılması.

Avadanlıqlarım enerji sərfiyyatının az olması.

Klassik inşaat işləri metodları ilə müqayisədə personalın işinə və enerji resurslarına ödənilən xərcin aşağı olması və tikinti müddətinin sürətlənməsi hesabına əhəmiyyətli dərəcədə qənaət.

Tikinti materialları tullantıları təmamilə aradan qaldırılır.

Tikinti prosesində insanların iştirakının azlıq təşkil etməsi insan ali çatmayan yerlərdə inşaat işlərinin aparılmasına imkan verir, həm də insan əli çata bilən adi yerlərdə də insan əməyini əvəzləyir və səhvlik ehtimalını azaldır.

1 . İyun, 2014. Çin. Çinin Shanghai WinSun Decoration Design Engineering Co şirkəti Çinin Szyansu vilayətindəki sənaye parkında 3D-çap texnikasının köməyi ilə tikilmiş evi təqdim edir. Evlərin sayı on ədəd idi və hər birinin də qiyməti 3000 funt sterlinqdən bir qədər çox idi. Sonrakı on ayda texnologiya təkmilləşdirildi və şirkət sərgi üçün bir neçə müxtəliftipli binalar hazırladı. Onlardan ən hündürü beşmərtəbəli idi.

2 . Avqust, 2014. ABŞ. Totalkustom şirkəti qala çap edir. Çap işləri ümumilikdə 2 ay çəkir. Maşının çapetmə sürəti 8 saat ərzində 50 sm. təşkil edirdi. Qalanın 3m x 5m ölçülü və 3,5 metr hündürlüklü əsas hissəsinin tam vahidlik kimi surəti çıxarılıb, qüllələri isə sonradan ayrıca çap edilib.

3 . İyul, 2015.  Çin. Çinin Zhuoda şirkəti rekord qısa müddətə ikimərtəbəli ev yığıb. Altı moduldan ibarət olan bu modul ev yerindəcə 3 saatdan da az bir vaxta hazırlanıb. Əlbəttə, əslində işin 90%-i şirkətin sexlərində həyata keçirilib, sahədə isə onlar artıq vahid bina şəklinə salınıblar.

4 . Sentyabr, 2015. Filippin. Totalkustom şirkəti Filippində mehmanxana ərazisində ölçüləri 10,5m x 12,5, hündürlüyü isə 3 metr olan mənzillər inşa edib. Tikilidə yerli materiallardan istifadə olunub – qum və vulkanik kül.

5 . May, 2016. BƏƏ. Çinin Shanghai WinSun Decoration Design Engineering Co şirkəti ardınca Dubayda ofis binasını yığmaq üçün konstruksiyalar çap edib. Birmərtəbəli binanın sahəsi təxminən 250 kv. metrdir.

6 . Mart, 2017. Rusiya. Apis Cor şirkəti 37 kv. metr əraziyə malik binanın tikinti meydanında ilk tam surətini təqdim edib. Tikilinin maraqlı quruluşu var, amma iştirakçıların özlərinin sözlərinə görə, bu sadəcə çap texnologiyasının əlverişliliyini göstərmək üçündür, yəni tikinti qurluşu adi kvadrat şəkildə də ola bilər. Digər 3D tikinti printerləri ilə müqayisədə  bu printer tam kompaktdır (4×1,6×1,5m), çəkisi 2 tondur və bunun sayəsində də rahatlıqla inşaat sahəsinə daşına bilər.

7 . Oktyabr, 2017. Rusiya. “Спецавиа” şirkəti Yaroslavlda Avropa və MDB məkanında ilk 3D-çap texnologiyalı yaşayış evini təqdim edir. Evin tikintisi 2015-ci ildə başlayıb. Binanın qutusu portal printer tərəfindən hissələr şəklində çap olunur, sonra isə 2015-ci ilin dekabrında bir aya bünövrəyə qoyulur. 2017-ci ilin yayında damın inşaası başa çatdırılır və içərisində tamamlanma işlərinin əsas hissəsi başa çatdırılır.

8 . Mart, 2018. Fransa. Yhnova şirkəti 95 kv. m. ərazidə birmərtəbəli beş otaqlı ev təqdim edir. Onun inşası üçün mühəndislər böyük manipulyatordan istifadə edirlər, onun sonunda montaj köpüyü üçün ekstruder düzəldilir. İş zamanı o, köpüyü ona yüklənmiş 3D-model binaya müvafiq olaraq tətbiq edir. Köpük tətbiqindən sonra inşaatçılar yavaş-yavaş qurulmuş hissəni betonla doldururlar, həmçinin, qapı və pəncərələrin çərçivələrini qoyurlar.

9 . Mart, 2018. ABŞ . Amerikanın Icon şirkəti Texasda texnologiyasının iş qabiliyyətini təsdiqləmək üçün prototip ev hazırlayır. Tikilinin sahəsi 32 kv. m. təşkil edir, çap işi meydanda quraşdırılan relslər üzərində hərəkət edən portal tipli 3D-printerlə həyata keçirilib.

10 . İyul, 2018. İspaniya. Be More 3D şirkəti 24 kv. m. sahəli beton bina çap edir. İnşası üçün eni 7 metr, hündürlüyü 5 metr olan ikiayaqlı 3D-printerdən istifadə olunub.

11 . Sentyabr, 2018. Danimarka. 3D Printhuset şirkəti Nordxavnda 50 kv. m.-lik meydanda ofis çap edib. Çap üçün ölçüsü də 8 x 8 x 6 metr olan “portal” tipli 3D-printerdən istifadə olunub. Çap sürəti dəqiqədə 2,5 metrdir. Hər qat 50-70 mm.-dir. Çap üçün istifadə edilən material – emal olunmuş külli miqdarda plitələr və qumdan hazırlanmış betondur.

12 . Oktyabr, 2018. İtaliya. Crane Wasp şirkəti üçayaqlı 3D tikinti printerindən istifadə edərək on günə bina ucaldır. Evdə passiv günəş istiliyindən və təbii havalandırmadan istifadə olunur.Çap tərkibi düyü becərilməsindən ayrılan tullantılar (25% yerli torpaqdan (gil və qum), 40% samandan, daha 25% düyü qabığından və 10% hidravlik əhəngdən ibarət olub) əsasında hazırlanıb.

13 . Noyabr, 2018. İtaliya. Arup şirkəti CLS Architetti memarlıq bürosu ilə birgə əməkdaşlıqla bir həftəyə 100 kv. m. əraziyə malik bina ucaldır. Bina hissələr şəklində çap edilib, sonra isə tikinti meydanında yığılıb.

14 . Noyabr, 2018. Səudiyyə Ərəbistanı. Niderlandın CyBe Construction şirkəti sahəsi 80 kv. m. olan bina tikintisini başa çatdırır. Lazımi elementlərin  3D-surətinin çıxarılmasına təxminən bir həftə, yığılmasına isə  24 saatdan bir qədər çox vaxt gedir. Divarlar çap olunmuş 17 blokdan  ibarətdirlər, hasarların hazırlanmasına isə əlavə 21 blok lazım olub.

15 . Avqust,2019. ABŞ. S-Squared 3D Printers (SQ3D) şirkəti döşəmədən  dama qədər inşası cəmi on iki saat çəkən yaşayış evinin prototipini  təqdim edir. Evin sahəsi46 kv. m.-dir. Proses ikiayaqlı 3D-printer vasitəsilə həyata keçirilib.

16 . Oktyabr, 2019. BƏƏ. Apis Cor şirkəti dünyada ən  böyük 3D texnologiyalı binanın inşasını başa çatdırdığını elan edir. Dubayda yerləşən və sahəsi 650 kv. m. olan binanın hündürlüyü 9,5 metrdir və o, birbaşa tikinti meydanında surəti çıxarılan ən böyük tikili kimi Ginnesin rekordlar kitabına düşüb.

17.Dekabr, 2019.Meksika. Amerikanın Icon şirkəti New Story qeyri-kommersiya təşkilatının sifarişi ilə cənub-şərqi Meksikada iki yaşayış binası ucaldır. Çap edilmiş binaların sahəsi 46,5 kv. m., damı düz, divarları isə əyridir.

Başa çatdırılmış bu layihələrdən göründüyü kimi 3D tikinti çapı sahəsində inkişaf öz yerində dayanmır, daim yeni metodikalar tətbiq edilir,  emal olunmuş xammal da daxil olmaqla, müxtəlif materiallar hazırlanır, yüksək texnologiyalı avadanlıqlar düzəldilir. Qısa zaman ərzində texnologiya, avadanlıqların, xüsusi tikinti qarışımılarının, 3D-çap binaların layihələndirilməsi üçün dizayn kitabxanalarının yaradılması, həmçinin hüquqi-normativ və tənzimləyici bazanın hazırlanması ilə məşğul olan çoxlu sayda müəssisənin marağına səbəb olub.

Əminliklə deyə bilərik ki, gələcəkdə bütün tikinti prosesi tam avtomatlaşdırılacaq və insan əməyindən artıq nəinki bünövrə və divarların çapında, həmçinin, örtük və damların surətinin çıxarılmasında da istifadə olunmayacaq. Qapılar, pəncərələr və mühəndislər arasında rabitə avtomatik şəkildə qurulacaq.  Bundan başqa, gələcəkdə biz artıq güman ki, çoxmərtəbəli tikililər də çap edə biləcəyik. Bütün bunlar artıq mümkünsüz deyil və yüksək texnologiyalı gələcək barədə fantastik arzular kimi səslənmir. Sadəcə 3D tikinti texnologiyasının inkişafının təbii gedişatı üçün zaman lazımdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...