Samsung şirkəti CES 2020 sərgisində NEON “süni insan”ını nümayiş etdirəcək. NEON – süni zəka bazasında insanın real rəqəmsal avatarıdır. O, administrativ heyətdə və əyləncə sahəsində canlı adamları əvəz edə biləcək.
Şirkətdən bildiriblər ki, o, avtonom olaraq yeni hərəkətlər ifadə edə və dialoq apara bilir.
The Verge xəbər verir ki, “süni insan” rəqəmsal avatar olacaq – süni zəkalı holoqram. Ondan biznesdə, əsas da bələdçilər,katibələr,administratorlar, qeydiyyat şöbələrində müştərilərə xidmət göstərənlər və hətta kinoaktyorlar və aparıcılar istifadə edə biləcəklər.
Qeyd edək ki, “Samsung” dekabrın sonlarında KİV-ə NEON barədə bildirib. Texnologiyanın dəqiq detalları barədə isə heçnə deyilməyib.