Elon Musk “Tesla” zavodunun açılış mərasimində rəqs edib

Date:

Paylaş:

Milyarder Elon Musk “Tesla”nın Çində keçirilən açılış mərasimində rəqs edib.

Qeyd edək ki, bu, şirkətin ABŞ hüdudlarından kənarda ilk zavodudur və orada ildə 250 000 Model 3 sedanı və Model Y krossoveri istehsal etmək planlaşdırılır.

Tesla”nın Şanxay şəhərində açılan bu yeni zavodunda şirkətin qurucusu və rəhbəri Elon Musk rəqs etməsi ilə diqqət mərkəzində olub. O, pencəyini çıxarıb və oynamağa başlayıb.

Sonra rəqs videosunu öz Twitter-ində yerləşdirib və qeyd edib: “Tesla”nın Şanxaydakı nəhəng zavodunda! İşdə baxmaq təhlükəlidir!”

Mərasimə toplaşanlara müraciətində Musk bildirib ki, Model Y-yə tələb digər Tesla modellərindən daha çox olacaq və sözlərinə əlavə edib: “ Çinlə bağlı başqa böyük planlarımız var – burada dünya üçün tam yeni avtomobil hazırlayacaq dizayn mərkəzi açmaq”.

Qeyd edək ki, 2019-cu ilin noyabrında Musk yeni dördüncü nəhəng fabrikin Berlində inşa ediləcəyini bildirib. Artıq 2021-ci ildən zavodda Tesla Model 3 və yeni Model Y  kompakt yolsuzluq avtomobilləri istehsal ediləcək. Berlində şirkət həmçinin, dizayn mərkəzi yaradacaq və Tesla avtomobillərinin layihələndirilməsini həyata keçirəcək.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...