Kürk biznesindən “Astoriya” hotellərinə doğru: Dünyanı idarə edən 120 milyard sərvətin müəmmalı sonu

Date:

Paylaş:

Onları dünyanın pul baronları adlandırırlar. Hökumətləri dəyişdirib, öz qanunlarını diktə edəcək qədər güclüdürlər. Onlar məşhur “Royal Institute of International Affairs”in yaradıcısıdırlar. Təşkilatın profili xeyriyyəçilik olsa da, reallıqda varlı təbəqənin istəklərini hökumətlərin siyasətiylə uyğunlaşdırılmasını təmin etməklə məşğuldur. Dünya “iPhone” bazarının da bu ailənin əlində olduğu deyilir. Söhbət bir sıra ABŞ prezidentlərini öz təqaüdləri hesabına oxutduran Astorlardan gedir.

Sülalənin banisi

Sülalənin banisi Con Yakob Astordur. O, Amerikanın ilk milyarderlərindən sayılır. Sərvətinin həcmi 20 milyon dollar (hazırkı ekvivalentlə 120 milyard dollar) olub. Hansı ki, bu rəqəm o vaxt Amerikanın ümumi daxili məhsulunun 1 faizi demək idi. Con Yakob Astor qəssab böyük Con Yakob Astor və Maria Magdalena Vorfelderin ailəsində dünyaya gəlib. Ailənin üçüncü övladı imiş. Valideynləri əvvəlcə onun adını Yoqan Yakob qoyublar. Biznes karyerasına atasının yanında südçü kimi işləyərək başlayıb. 16 yaşında ingilis dilini öyrənmək məqsədilə İngiltərəyə üz tutub. Dili öyrəndikdən sonra bir müddət musiqi alətləri istehsal edən böyük qardaşı Corc Peter Astorun yanında işləyib. 17 yaşında birdəfəlik Almaniyadan Amerikaya miqrasiya etmək qərarına gəlib. Bu, təkcə onun deyil, bütün nəslinin həyatını dəyişib.

Gəmidə tapılan uğur sirri

Con məhz gəmidə tanış olduğu alman əsilli tacirdən kürk biznesinin sirlərini öyrənir. Nyu-Yorka çatar-çatmaz kürk ticarətinə start verir. O dövrdə bu, qızıl alverinə bərabər biznes idi. Hətta belə bir deyim də var idi ki, Amerikada iş adamları iki sahədən pul qazanırlar – Cənubda qızıl satışından, Şimalda isə kürk. Yaxşı pul qazanıb 1786-ci ildə Nyu-Yorkda xəz dükanı açır və şəhərin hörmətli tacirlərindən biri statusuna sahiblənir. Kürk biznesi ona böyük pullar gətirsə də, sərvətini daşınmaz əmlak bazarında reallaşdırdığı spekulyasiyalar sayəsində artırmağı bacarır. 1808-ci ildə “American Fur Co” xəz şirkətini yaradır. Bu sahədə ilk monopoliyaya imza atır. Amerika Xəz Şirkəti üçün Kolumbiya çayı ətrafında və Sakit okean sahilində Astoria şəhərini qurur. Çinlə aktiv ticari əlaqələr yaradır.

Dövlətə verilən yüksək faizli borc

Con Yakob sözün hər mənasında fərasətli olur. 1812-ci ildə Amerika-Böyük Britaniya müharibəsində hökumətə yüksək faizlə kredit verir. 1834-cü ildə Fransanın Luzana ştatında əmlak almaq məqsədilə xəz şirkətini satır. Daşınmaz əmlak ticarəti ona daha çox gəlir gətirir. 1812-ci ildə Amerikada ilk dəfə milyoner termini yaranır. Astor Nyu-Yorkda milyon dolları olan 10 varlı iş adamının arasında siyahının birincisi olur. 1848-ci ildə I Yakob Astor vəfat edir. Məhz bu zaman bəlli olur ki, iş adamının milyonu yox, milyonları var. O, özündən sonra ailəsinə böyük bir sərvət – 20 milyon dollar miras buraxır.

“Astoriya” hotelləri

I Yakob Astordan sonra ailənin sərvətini idarə etmək oğlu Vilyam Bekxaus Astorun üzərinə düşür. Bekxaus nəinki kapitallarını artırır, eləcə də Nyu-Yorkda 700-ə yaxın yaşayış binası tikdirir. Nəzərə çatdıraq ki, o zaman Nyu-York elə də böyük şəhər deyildi və ərazisinin böyük hissəsi Astorlara aid idi.

Astorların tarixdə iz buraxan daha bir varisi Con Yakob Astor IV-dür. O, 1864-cü ildə ailəyə məxsus malikanədə dünyaya göz açıb. Müqəddəs Pavel məktəbində, daha sonra Harvard Universitetində təhsil alıb. Universiteti bitirdikdən sonra 1888-ci ildə səyahətə çıxıb. Ailə biznesini idarə etmək məqsədilə 3 ildən sonra Amerikaya qayıdır. Astor IV daşınmaz əmlak sahəsində böyük sərvət əldə edir. Belə ki, 1897-ci ildə Nyu-Yorkda böyük hotelin tikintisinə başlayır. Düzdür, həmin vaxt artıq astorlardan birinin “Uoldorf” adlı hoteli var idi. Con Yakob Astor IV ənənəyə sadiq qalaraq tikdirdiyi hoteli “Uoldorf Astoriya” adlandırır. Bu obyekt dünyada ən böyük mehmanxana şəbəkəsi olur. Astorlar növbəti mərhələdə “Sent Reqis” və “Nikerborker” hotellərini inşa etdirirlər. Manhetten adasında ərazilər almaqla sərvətlərini artırırlar.

İki dəfə evlənir, “Titanik”də batır

Con Yakob Astor IV də babası kimi hökumətlə əlaqələrinə diqqət yetirir. İspaniya-Amerika müharibəsi zamanı o, şəxsi yaxtasını hökumətin sərəncamına verir. Eyni zamanda orduya silahla yardım edir. Bütün bu xidmətlərinin sayəsində polkovnik rütbəsi alır.

Milyarder iki dəfə evlənib. Birinci evliliyi 1891-ci ildə reallaşıb. O, bu zaman Avı Loul Ullinqlə evlənib. Avı çox gözəl qadın olduğundan cəmiyyətdə bu evlilik “gözəlçə və qorxunc ” kimi dəyərləndirilir. Evlilikdən iki övladı – oğlu və qızı dünyaya gəlir. Hər şey yaxşı olsa da, 1909-cu ildə Astor IV gözlənilmədən boşanma ərizəsi verir.1911-ci ildə 47 yaşlı milyarder oğlundan bir yaş kiçik Madlen Talmajla evlənir. Toy mərasimi Con Yakobun anasının malikanəsinin bal zalında reallaşır. Doğrusu, bu nikaha da Amerika cəmiyyəti “qulp” qoyur. Cütlük söz-söhbətlərdən uzaq olmaq məqsədilə uzunmüddətli səyahətə çıxır. Əvvəlcə Misirə, oradan isə Avropaya keçirlər. Parisdə yaşadıqları müddətdə Madlen artıq 5 aylıq hamilə olur.

Gəmidə başlayan xoşbəxtliyə gedən yol elə gəmidə də sona doğru yön alır. Belə ki, Con Astor təcili Amerikaya qayıtmalı olur. Başıbəlalı “Titanik”ə bilet alır. 1912-ci ildə “Titanik” də birinci dərəcəli iki kayuta kirayələyir. Gəmi yolda ikən aysberqlə toqquşur. Batan gəmidən xilas olmaq üçün insanları qayıqlara mindirirlər. Con Yakob hər kəs kimi Madleni qayığa mindirir. Özünün də ardınca gələcəyinə söz verib xatirə kimi əlcəklərini xanımına buraxır. Kənara çəkilib təlaşa düşən insanları seyr edir. Faciədən bir həftə sonra onun meyitini tapırlar. Yazılanlara inansaq, Con Yakob gəminin borusunun altında qalaraq həlak olur.

Avqust ayında milyarderin Madlendən oğlu dünyaya gəlir. Uşağın adını atasının şərəfinə Con Yakob Astor V qoyurlar. Bu arada bir çox mənbələr həmin uşağın Con Yakob Astor IV bioloji övladı olmadığını yazırlar.

Astor IV ölməsi və Federal Ehtiyat Sistemi

Bu arada “Titanik”in batması ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bunlardan biri də gəminin sahibi Con Pierpont Morqanın Astoru özünə rəqib kimi görməsidir. Məhz gəmidə Amerikanın 10-dan çox dollar milyarderinin batmasından sonra Federal Ehtiyat Sistemi yaradılır. Buna baxmayaraq, Astorlar dünyanı idarə edən ailələrdən biri olaraq qalırlar. İddialara görə, sülalə dünya üzrə narkotik ticarətinə də nəzarət edir.

Sülalənin davamı

Yeri gəlmişkən, Con Yakob Astor IV-nün sərvəti birinci evlilikdən olan oğluna qalır. Hələ sağlığında o belə bir qərar veribmiş. Astor Vilyam Vinsent ailə biznesini inkişaf etdirmək məqsədilə Nyu-Yorkda gecəqonduların yerləşdiyi əraziləri satır və bir sıra sahələrə sərmayə yatırır. Dörd dəfə evlənən Vinsent varidatını sonuncu həyat Yoldaşı Bruk Rassel Marşala buraxır. Onu da qeyd edək ki, Vinsent Astorlar ailəsinin sonuncu varisi olur. Qohumları onun vəsiyyətnaməsini qüvvədən salmağa çalışsalar da, nəticəsiz qalır.

Dünyanı idarə edən ən varlı ailələr

©publika

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...