Biznes ölmür, sadəcə dünyasını dəyişir

Date:

Paylaş:

Siz də, yeni biznes dünyasında, öz yerinizi tapmalısınız.

Bu gün, Azərbaycan biznes keçidi dövrünü yaşayır. Çox sevindirici haldır ki, son zamanlar, yeni biznes sektorları fəaliyyətə başlayır. Məsələn: Kənd təsərrufatı sektoru, Kino sektoru, Turizm sektoru, İstehsalat sektoru.

Devalvasiyanın mənfi tərəfləri olduğu kimi, müsbət tərəfləri də olacaq. Təkçə onu deyim ki, xaricdən mal gətirmək yerinə, öz ölkəmizdə istehsalat və xidmətlər qurulacaq və bu hal getdikcə inkişaf edəcək. Hər bir biznesmen yalnız bu dəyişikliklərə hazır olmalıdır.

Məqaləni yazmaqda əsas məqsəd Azərbaycanda yaşayan insanların biznesə olan marağını səviyyəli şəkildə inkişaf etdirməkdir. İnsanlarda biznesə maraq oyatmaq, bizneslə bağlı səhv fikirlərini dəyişdirmək və doğru, səviyyəli, savadlı biznes qurmaqda dəstək olmaqdır.

Deyirlər ki, ticarət biz türklərin qanındadır. Razıyam, bu, bizim üçün bir bonusdur və mənim sözlərimə qüvvət verir. Lakin, insanda bir istedad varsa, bu, o demək deyil ki, o, müvafiq təlim keçməməlidir. Əksinə, əgər bir insanda riyaziyyata və ya fizikaya meyl varsa, o, həmin elmlərə dair bütün kitabları oxumalıdır, hətta sonradan elmi kəşf də edə bilər.

Bizim iş həyatımızda bir sistem var. Çoxları bu sistemə üstünlük verir:

Məktəb – Universitet – Şirkətdə çalışma – Təqaüd

Bir çoxları bu sistemi uşaq yaşlarından mənimsədiyi üçün öz həyatını onun üzərində qurur. Gördüyünüz kimi, bu sistemdə biznes yoxdur. Mən bu sistemin pis və ya səhv olduğunu əsla iddia etmirəm. Sadəcə olaraq, fərqli bir sistemin olduğunu, onun bizə öyrədilmədiyini bildirmək istəyirəm.

Sistem belədir:

Məktəb – Universitet – Şirkətdə çalışma (artıq biznes qurmaq üçün imkan var) – Şəxsi biznes – Sizin biznesinizin övladlarınız tərəfindən idarə olunması

Bir sözlə, insan maliyyə azadlığına can atmalıdır. Gözləməməlidir ki, ona iş təklif etsinlər. Özü biznes qurmalı, işçi tapmalı, insanlar üçün iş yerləri açmalıdır. Siz bir insana iş verirsinizsə, deməli, onun ailəsinin yaxşı dolanmasına səbəb olursunuz.

Öz biznesini qurmaq istəyənlər üçün üç variant təklif etmək olar.

BirincisiTəcrübə. Kimsə 10 ildən artıq eyni sahədə işləyirsə, artıq bu insanlar öz bizneslərini pulsuz qura bilərlər. Çünki təcrübə puldan əvvəl gəlir. İnsanlar təcrübəli insanı tanıdıqlarına, qabiliyyətlərinə bələd olduqlarına görə onunla əməkdaşlıq etməyə can atacaqlar.

İkinci variant – İstedad. Hər bir insanda istedad var, amma o istedadın nə olduğunu hər kəs tapa bilmir.  Bir sözlə, hansısa istedadını üzə çıxarıb da biznes qura bilərsən.

Üçüncüsü – İdeya. İdeya bizə xasdır. Azərbaycanda yeni ideya tapmaq, tətbiq etmək daha asandır. Hətta xarici ölkələrdə olan hazır ideyanı da gətirib burada istifadə edə bilərik. Bir sözlə, yeni ideya varsa, biznesimizi qura bilərik.

Bəzi biznesmenlər ali təhsil almadan 17 yaşında uğurlu biznes qururlar. Biznes qurmağın ən rahat yolu satış meneceri, satış agenti işləməkdən keçir. Satış meneceri gülərüz olur, danışıq qabiliyyətinin üzərində işləyir, müştərini necə cəlb etməyin lazım olduğunu bilir. Biznesmendə də bu xüsusiyyətlər olmalıdır. Əgər insan ikicə il satış agenti kimi çalışsa, sonra rahat şəkildə öz biznesini qura bilər. Çünki artıq ətrafı formalaşıb. Biznesdə əhatə dairəsinin, iş birliyi qura biləcəyin adamların formalaşması şərtdir.

Müəllif: Xilqət Əsədov

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...