“American Airlines” 2017-ci il üçün dünyanın ən bahalı aviabrendi seçilib.
Siyahıya daxil olan 50 aviaşirkət arasında “American Airlines” birinci yerdə qərarlaşıb. Brendin dəyəri 9 milyard, 811 milyon dollar təşkil edib. Siyahıda ikinci yeri “Delta” (ABŞ şirkəti) aviaşirkəti tutub. Onun dəyəri ötən ilə nisbətən 3 milyarda yaxın artaraq 9 milyard 232 milyon dollar olub.
Üçüncü pillədə isə “United” aviaşirkəti qərarlaşıb. Brendin dəyəri 4 milyard 474 milyon dollardan 7 milyard 161 milyon dollara yüksəlib.
Qeyd edək ki, “Türk Hava Yolları” aviaşirkəti bu reytinq cədvəlində 16-cı pillədədir.
© Azərtac