Avropa Birliyi “Libra” və başqa steyblkoinlərə qadağa qoyub

Date:

Paylaş:

Avropa Birliyi ölkələrinin maliyyə nazirləri Avropa Birliyi ərazisində əsasən Facebook Librası olmaqla steyblkoinlərin istifadəsinə qarşı çıxıblar. Bu barədə “Reuters” xəbər verir.

Eyni zamanda avropalı tənzimləyicilər kriptoaktivlər və steyblkoinlərin tənzimlənməsi üçün qaydaların yaradılması imkanını da öyrənirlər.

Nazirlər Avropa Mərkəzi Bankının şəxsi rəqəmsal valyuta yaratmaq planını da dəstəkləyiblər. O, özəl kriptoaktivlərə alternativ kimi nəzərdə tutulub.

Qeyd edək ki, Fransanın maliyyə naziri bildirmişdi ki, Avropa ərazisində Facebook Librasına dövlətlərin monetar suverenitetinə təhlükə yaratdığı üçün qadağa qoyulacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...