ABŞ-ın Kaliforniya ştatında “istifadəçi məlumatlarının gizliliyini pozaraq şəxsi məlumatların Çinə satılması” iddiası ilə “TikTok” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırılıb.
“Bizplus.az” bu barədə BBC-yə istinadən xəbər verir.
Məlumata görə, “TikTok”u məhkəməyə verən universitet tələbəsi Misty Honq tətbiqi yüklədiyini, lakin hesab açmadığını, paylaşmadığı videoları şirkətin gizli əldə etdiyini iddia edir.
“TikTok” istifadəçilərin razılığı olmadan şəxsi məlumatları reklam və mənfəət üçün satmaqda və haqsız qazanc əldə etməkdə ittiham olunur.